Millət vəkili Elnur Allahverdiyev sabiq nazirin vəfatından yazdı
![Millət vəkili Elnur Allahverdiyev sabiq nazirin vəfatından yazdı](https://huquqaz.com/wp-content/uploads/2023/01/63c63cb89f4d463c63cb89f4d5167393605663c63cb89f4d263c63cb89f4d3-1024x683.jpg)
Milli Məclisin deputatı Elnur Allahverdiyev vəfat edən sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayevlə bağlı paylaşım edib.
Qanunla.Az xəbər verir ki, E.Allahverdiyev feysbuk hesabındakı paylaşımında qeyd edib:
“Bu gün yaxından tanıdığım, vaxtilə atamla dost olmuş Namiq Nəsrulla oğlu Nəsrullayev ömrünün 78-ci ilində dünyasını dəyişib. N.Nəsrullayev 1996-2001-ci illərdə iqtisadiyyat naziri, 2001-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri olub. Ziyalı, dövlətə və dostluğa sadiq olan adam idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət etsin!”.
Şərh yazılmayıb.