Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir
Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir
Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında əməkdaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Ulu Öndər Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. müxtəlif istiqamətlərdə, o cümlədən energetika, elm və informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməkdədir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Son illərdə ticarət əlaqələri Bolqarıstanın Azərbaycana ixracatında əczaçılıq məhsulları və neft yağlarının həcminin artması ilə xarakterizə olunur. Hər iki tərəf iqtisadi əməkdaşlığın inkişaf potensialının, ticarət, birgə fəaliyyət və investisiyaların və s. təşviqində tam gücü ilə çalışır. Turizm sahəsində əməkdaşlığın inkişafı üçün də yaxşı imkanlar mövcuddur. Bolqarıstan Azərbaycanı özünün mühüm iqtisadi tərəfdaşı hesab edir və uzunmüddətli, qarşılıqlı mənfəətli tərəfdaşlığın inkişafı üçün mövcud potensialı görür.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Şərh yazılmayıb.