Huquqaz.com

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

01.02.2023
2.526
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib

Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilmişdir. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.

Prezident 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə cənab Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri cənab Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır…

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

Azərbaycan Gənclərinin Forumları

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökümət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.

Birinci Forum 2 fevral 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

1997- ci il fevralın 1- də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev 2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan Gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayət olunurdu. Umummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2- də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirirdi.

2003-cü ildən sonrakı dövrdə isə cənab Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007- ci il “Gənclər İli” elan olundu, 2011- ci ildə Gənclər Fondu yaradıldı, 2013- cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44- günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyasını məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

Gənclər siyasətinin institutlaşdırılması

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında, onların vətənpərvər ruhda tərbiyə almasında dərin izlər buraxmışdır. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi, təhsil problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar imzalamışdır. Ulu öndər Heydər Əliyev gənclərimizi Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi.

Məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunmuş və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilmişdir. Keçən dövr ərzində icra olunan Dövlət Proqramları, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi sayəsində gənclərimizin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə böyük irəliləyişlərə nail olunmuşdur.

Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Dövlət gənclər siyasəti sahəsində islahatların həyata keçirilməsi, yeni tələblərə cavab verən təhlillərə əsaslanmış idarəetmə, bütün səviyyələrdə işin əlaqələndirilməsi və strateji planlaşdırma 2023-cü ildə daha da planlı şəkildə, yeni ideyalarla davam etdiriləcəkdir. Yeni qədəm qoyduğumuz ildə bizi gənclərin iştirakı ilə mühüm və məsul işlər gözləyir. İnanırıq ki, qalib xalqın gəncləri olaraq bu işlərin də öhdəsindən inamla gələcəyik.

Son illərdə qazandığımız uğurlar bir daha deməyə əsas verir ki, ölkəmizdə Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə həyata keçirilən gənclər siyasəti öz hədəflərinə çatmışdır.

Qabil Məmmədov – Zərdab rayonu Yuxarı Seyidlər kənd tam orta məktəbinin direktoru

 

 

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur. Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsində də gənclərin böyük xidmətləri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin hələ 70-ci illərdə gənclərlə bağlı həyata keçirdiyi ideya və proqramlar artıq yeni, müasir şəraitdə konkret işlərdə təzahür etməyə başladı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşmaları üçün onlara münbit şərait yaradılması, bütövlükdə gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirməsi Heydər Əliyevin dövlət rəhbəri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi.  Ulu Öndər Heydər Əliyev gənclərin mənəvi tərbiyəsində vətəndaşlıq hisslərinin formalaşmasında tədrisin, təhsilin çox böyük əhəmiyyətə malik olduğunu göstərir, bunu təhsilimizin əsas istiqaməti, məktəblərin, müəllimlərin borcu hesab edirdi. Təhsili millətin gələcəyi hesab edən böyük öndər təhsilin əsas məqsədini Azərbaycan vətəndaşını hazırlamaqda görürdü. Heydər Əliyevin məktəb qarşısında qoyduğu mühüm vəzifələrdən biri də vətəndaşlıq tərbiyəsi konsepsiyasının əsas sahələrindən olan Azərbaycanın müstəqilliyinin atributlarının təbliği ilə əlaqədar idi.

Cəmalə Rəhimli – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

Gənc kadrların irəli çəkilməsi siyasəti

Müasir inkişaf mərhələsində dövlət kadr siyasətinin əsas məqsədi dövlət idarəçiliyinin institut kimi effektivliyinin və səmərələşdirilməsinin yüksəldilməsidir. Məlumdur ki, dövlət kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün zəruridir.

Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılmışdır. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını almışdır.

Respublikamızın prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir. Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ümummilli lider Heydər Əliyev nitqlərində qeyd edirdi: “Dövlət idarəçiliyində səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi vacibdir”.

Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyəti yüksək olan, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr bazasını genişləndirmək bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Belə ki, gənclərin dövlət idarəçiliyinə cəlb olunması, onların potensialının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılması, könüllülük hərəkatının genişləndirilməsi mühüm tələbə çevrilib.

Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. Eyni zamanda gənc kadrların üzərinə çox böyük məsuliyyət düşür. Bizlər öyrənərək öyrətməyə bacarmalıyıq və dövlətimizin etibarlı əllərə verilməsi üçün layiqli kadrlar yetişdirilməsi üçün əlimizdən gələni etməliyik.

Əsmər Məmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi və tarixi torpaqlarımızda  üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.

Ordunun böyük qismini təşkil edən Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzusunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstərərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər:
Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün  ən yüksək  həddinə çatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı!

Bu günlərdə Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu, xüsusi əməyi oldu. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Gənclər bizim qürur mənbəyimizdir.

Gülgəz Həsənova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin müəllimi

 

Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi

Uzun illər ərzində Azərbaycanda gənclərlə bağlı aparılmış siyasət ölkədə sağlam gənclərin yetişməsinə yönəlmişdir. Azərbaycan dövləti öz gəncini dünyanın müxtəlif ölkələrində elm ardınca göndərmiş, onları qloballaşan dünyadan kənarda saxlamamışdır. Hələ 1993-cü ildən etibarən Azərbaycanın istedadlı oğulları Türkiyədə hərbi təhsil müəssisələrinə göndərilmişdir.

Gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün ölkəmizin bütün regionlarında Gənclər mərkəzləri, İdman olimpiya kompleksləri istifadəyə verilmişdir. Bu mərkəzlərdə gənc nəslin maariflənməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əsas olmuşdur. Azərbaycan gənci son otuz ildə Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmiş, üçrəngli bayrağımızı ən mötəbər yerlərə qaldırmış, himnimizi səsləndirmişdir.

Ölkəmizdə Bakı Olimpiya 2015, İslam Oyunları, Futbol üzrə Avropa çempionatlarının keçirilməsi gənclər üçün bir stimul yaratmışdır . Müxtəlif zamanlarda gənclərin forumu təşkil edilmişdir.

Azərbaycan gəncinin ən parlaq uğuru mübahisə edilmədən Vətən müharibəsində əldə etdiyi qələbəsidir. Müharibənin dominant tərəfi məhz Azərbaycan gənci idi. Müharibə anonsu verilən andan etibarən minlərlə gənc hərbi komissarlıqlara könüllü kimi müraciət etmişdir. Müharibənin ən ağır tərəfi olan hərbi əməliyyatları gənclərimiz həyata keçirmişdir. Azərbaycan gənci Vətən müharibəsində bir qeyrət simvolu, bir namus keşikçisi kimi tarixə öz möhürünü vurmuşdur. Azərbaycan dövləti XX əsrin sonları aldığı məğlubiyyətin qisasını özünün yetişdirdiyi gənclərlə davam etdirmişdir.

Respublikamızın müxtəlif bölgələrində, o cümlədən paytaxtda müxtəlif yüksək vəzifələrdə gənclər təmsil edilməkdədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir neçə rayona icra hakimiyyəti başçısı və digər nüfuzlu dövlət qurumlarına rəhbər yerlərə məhz gənc nəslin nümayəndələrini təyin etmişdir. Bu da ölkəmizdə gənclərin qüvvəsindən və ideyasından faydalanmağın ən bariz nümunəsi hesab edilə bilər.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.  Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmiş, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir çıxış etmiş və bir çox vəzifələr qoymuşdur. O demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin gənclərlə bağlı çıxışları və imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

İyirmi altı il bundan əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır.

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 

Gənclər siyasəti ölkədə keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan müasir bir ölkə kimi gənclər siyasətinə böyük önəm verir. Ümummilli lider H.Əliyevin siyasətinin tərkib hissəsi olan “Gənclər siyasəti” prezident İ.Əliyevin dövründə də uğurla davam etdirilmişdir.

2 Fevral artıq uzun illərdir Gənclər Günü kimi qeyd olunur. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.

Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: “Gənclər, mən sizə inanıram, güvənirəm”.

Digər istiqamətlərdə olduğu kimi, gənclər siyasətinin də əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Yəni Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır. Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərfindən qoyulan və cənab Prezident İlham Əliyev tərfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir.

Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Piralı Əliyev – Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.