CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZ BÖYÜK NAİLİYYƏTLƏR VƏ UĞURLAR QAZANIR!
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZ BÖYÜK NAİLİYYƏTLƏR VƏ UĞURLAR QAZANIR!
Dövlətləri və xalqların dünyaya daha yaxından tanıdan tarixi və milli-mədəni dəyərləri ilə yanaşı, həm də onların müdrik və görkəmli siyasi liderləridir. Məhz belə liderlər öz siyasi və dövlətçilik fəaliyyətləri ilə tarixi proseslərə təsir göstərir, onların inkişaf istiqamətlərini müəyyənləşdirir, əməlləri ilə təmsil etdikləri xalqın qürur mənbəyinə çevrilirlər. Parlaq ideyalarının, siyasi-diplomatik fəaliyyətlərinin nəticəsi olaraq onlar dövlətin tərəqqisində, xalqın birliyində həlledici rol oynayırlar. Siyasi liderlərin fəaliyyətlərinin nəticələri barədə tarixdən çoxlu misallar gətirmək olar. Olduqca qürurvericidir ki, müasir və müstəqil Azərbaycan dövlətinin müasir yüksəliş nümunəsində müdrik siyasi liderlərin dövlətlərin və xalqların taleyindəki böyük rolu aydın görünür. Bəli, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və ötən 21 ildə möhtərəm Pezident cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi siyasi liderlərin xalqların taleyindəki rolu barədə dolğun fikir yürütmək üçün böyük mənbədir. Ötən 21 ildə müdrik rəhbərliyi ilə verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan cənab Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Cənab Prezident İlham Əliyev ötən 21 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu baxımdan qürurla qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 21 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 21 il ərzində ölkəmiz ən şanlı dövrünü yaşayıb və bundan sonra da yaşayacaqdır. Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha öz təsdiqini tapır: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu sözlər Ümummilli Liderin uzaqgörənliyini və müdrik seçimini ifadə edir. Ulu Öndərin dediyi kimi, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada söz sahibinə çevrilən ölkələr sırasına daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas vəzifələrdən biri kimi qoyan cənab İlham Əliyev ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirmək üçün qətiyyətlə çalışır. Onu da qeyd edək ki, davamlı inkişafı təmin edən cənab Prezident İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və iqtidar-xalq vəhdətinin daha da güclənməsinə nail olub.
Diqqəti çəkən siyasi məqamlardan biri də odur ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim edib. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq miqyasda sürətli inkişaf yolunda olan, dünyadakı aktual problemlərin həllinə töhfələr verən dövlətlərdən biri kimi tanınır. Dünya Azərbaycanı həm də torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyır. Ona görə Prezident İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev
Şərh yazılmayıb.