Huquqaz.com

1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür

19.06.2022
1.786
1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür

Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda  Prezident səlahiyyətlərinin icra etməyə başlaması

 

1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür

 

1993-cü ilin 24 iyununda Milli Məclisin fövqəladə iclasında qəbul olunan qərara əsasən dövlət başçısının səlahiyyətlərinin həvalə olunduğu parlamentin Sədri Heydər Əliyev Prezident kimi xilaskarlıq missiyasını daha geniş coğrafiyada davam etdirdi.

Hər bir xalqın tarixində yaddaşlarda əbədi yaşayan günləri, gələcəyini müəyyənləşdirən sınaq anları olub. Əsas odur ki, dövlətin varlığını, xalqın taleyini müəyyən edəcək bu imtahan xalqın istəyinə uyğun nəticələnsin. Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olan və hər zaman məsuliyyətli dövr kimi dəyərləndirilən 1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür. Həmin dövrdə respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi –ictimai mənəvi böhran daha da dərinləşmiş, son həddə çatmışdı. « Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çıxmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdır» sözləri ilə ölkədəki vəziyyətin dözülməzliyindən narahat olduğunu bildirən ulu öndər Heydər Əliyev xalqın müraciətini bütünlükdə Azərbaycanın varlığının qorunması kimi dəyərləndirərək xilaskarlıq missiyasına razılıq verdi.

Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaradan 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam respublikamızı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq təşviş içərisində idi. O dövrdə hakimiyyəti tankların gücü ilə zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız iqtidarlığından cana doyan, çıxılmaz vəziyyətdə olan xalq xilaskar kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, müdrik siyasətçi Heydər Əliyevə müraciət edərək Azərbaycanı gözləyən bəlalardan xilas etməyi xahiş etdi. Müstəqillik tariximizə «91-lər» adı ilə daxil olan ölkə ziyalılarının Ulu Öndərə müraciəti xilaskar Heydər Əliyevin Bakıya qayıtması üçün çağırış oldu. 9 İyunda xüsusi təyyarə ilə Bakıya qayıdan, Gəncədə baş verən hadisələri yerində öyrənən Ulu Öndər Milli Məclisdə əsl vəziyyət barədə məlumat verdi. 15 iyunda keçirilən Milli Məclisin fövqəladə iclasında parlamentin Sədri seçilən ulu öndər Heydər Əliyev deputatlar qarşısında çıxış edərək ona göstərilən etimad üçün minnətdarlığını bildirdi: « Bu sahədə mən nə lazımsa edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.»

 

Rəmzi Şirinov-Zərdab rayon Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.