Huquqaz.com

Effektiv xarici siyasət

06.11.2024
2.673
Effektiv xarici siyasət

Effektiv xarici siyasət

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkənin beynəlxalq arenada mövqeyini gücləndirməkdə və ərazi bütövlüyünü qorumaqda mühüm rol oynayır. Effektiv xarici siyasət strategiyası nəticəsində ölkəmizin tərəfdaşlıq etdiyi ölkələrin sayı durmadan artır. Bu yanaşma, həmçinin, Azərbaycanın beynəlxalq münaqişələrdə və regional sabitlik məsələlərində səmərəli tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır. Azərbaycanın münaqişə dövründəki yanaşması, əsas beynəlxalq təşkilatlarla işbirliyini əhatə edərək, beynəlxalq hüquqi bazanın formalaşdırılması üçün əsas rol oynadı. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı qurumlarla mütəmadi əməkdaşlıq edərək, münaqişənin ədalətli həlli üçün qəti addımlar atdı. Bu təşkilatlar tərəfindən qəbul olunan qətnamələr Azərbaycanın mövqeyini dəstəkləyərək, ərazi bütövlüyünün qorunmasını və suverenliyin təmin edilməsini beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxardı. Xüsusilə Avropa İttifaqı ilə paraflanan sənədlərdə Azərbaycanın sərhədlərinin toxunulmazlığına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olundu. Bu sənədlər Azərbaycanın Avropa İttifaqı ilə siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlığını dərinləşdirmək üçün güclü bir platforma kimi çıxış edir. Belə dəstək beynəlxalq səviyyədə Azərbaycanın ədalətli mövqeyinə dəstəyin artmasına gətirib çıxarır. Nəticə olaraq, Azərbaycanın beynəlxalq təşkilatlarla effektli əməkdaşlığı ölkəmizin regional və beynəlxalq arenada mövqeyini gücləndirmiş, onun ərazi bütövlüyü ilə bağlı hüquqi mövqeyini möhkəmləndirmişdir. Bu siyasət Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu tərəfdaş kimi təqdim edir və digər dövlətlər üçün uğurlu xarici siyasət nümunəsi kimi çıxış edir.

Gəncliyə Dəstək İctimai Birliyinin sədri –Vəfa Xəlilli

 

 

Hərbi qənimətlər parkı.

Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində  qazandığı qələbəyə həsr olunub. Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlərdən sonar  açıq səma altında nadir park salınıb. Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir. Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Diqqətə çatdıraq ki, nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Onlar saz vəziyyətdədir! Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda ermənilər üçün göz dağına çevrildi. Müharibə öncəsi “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın istifadəyə verilməsini erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciət ünvalayacaqlarını bildirirlər. Əlbəttə ki, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Ermənistan 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəbini təhlil edərək anlamalı, başa düşməlidir ki, dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini mədəni sərvətini talamaq mümkün deyil. Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevənlər üçün isə fəxarət məkanıdır.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Xəlilova Rəhilə.

Şərhlər

Şərh yazılmayıb.