Huquqaz.com

İşğalın acı fəsadları

26.10.2024
2.145
İşğalın acı fəsadları

İşğalın acı fəsadları.

Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.1988-ci ildə başlanan Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri Qubadlı oldu.  noyabrın 24-də Ermənistandan Eyvazlı kəndinə olan hücum zamanı 1 nəfər öldürüldü, kənd isə tamamilə yandırıldı. Həmin il Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edildi. Beləliklə, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçdi. Sovet Ordusu əraziyə nəzarəti yenidən bərpa etsə də evlərin yararsız hala düşməsi səbəbi ilə yerli əhali kəndlərə qayıtmadı. 1989-1991-ci illərdə Qubadlının sərhəd kəndlərinə hücumların sayı artdı 1992-ci ilin ilk ayları Qubadlı üçün ağır başladı. Fevralın 19-da Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak oldu, 20 nəfər yaralandı. Həmin gün Məlikəhmədli kəndində gedən döyüşlərdə Azərbaycan Ordusu Qubadlı istiqamətində ilk şəhidini verdi. Martın 1-də isə Qafan rayonundan Qubadlıya edilən hücumun qarşısı alındı. Lakin may ayında əvvəlcə Şuşa və daha sonra Laçının ermənilərin əlinə keçməsi ilə Qubadlı rayonu 3 tərəfli cəbhə xəttinə çevrildi. Müdafiə Ordusunun Füzuli və Cəbrayılda cəbhəni yarması Qubadlının şimalında və qərbindəki Azərbaycan bölmələrini çox çətinə saldı. Həmin gün cənuba doğru hücumu davam etdirən ermənilər şərqdən gələn Hadrut müdafiə sahəsinin qoşunları ilə birləşərək Xanlıq qəsəbəsinə daxil oldular. Bununla da Qubadlı rayonunun mərkəz və şimal hissəsinin 3 istiqamətdən mühasirəsi tamamlandı. Avqustun 30-dan 31-nə keçən gecə Azərbaycan qoşunları Qubadlı şəhərini tərk etməyə başladı. Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi  5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.işğal altında qalıb. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin psixoloqu Zöhrab Şıxlı

 

 

Qubadlı rayonunun işğal tarixi.

Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni, abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. İşğal ərəfəsində əhali 30 minə qədər olub.1988-ci ildə başlanan Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri Qubadlı oldu.  noyabrın 24-də Ermənistandan Eyvazlı kəndinə olan hücum zamanı 1 nəfər öldürüldü, kənd isə tamamilə yandırıldı. Həmin il Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edildi. Beləliklə, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçdi. Sovet Ordusu əraziyə nəzarəti yenidən bərpa etsə də evlərin yararsız hala düşməsi səbəbi ilə yerli əhali kəndlərə qayıtmadı. 1989-1991-ci illərdə Qubadlının sərhəd kəndlərinə hücumların sayı artdı 1992-ci ilin ilk ayları Qubadlı üçün ağır başladı. Fevralın 19-da Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak oldu, 20 nəfər yaralandı. Həmin gün Məlikəhmədli kəndində gedən döyüşlərdə Azərbaycan Ordusu Qubadlı istiqamətində ilk şəhidini verdi. Martın 1-də isə Qafan rayonundan Qubadlıya edilən hücumun qarşısı alındı. Lakin may ayında əvvəlcə Şuşa və daha sonra Laçının ermənilərin əlinə keçməsi ilə Qubadlı rayonu 3 tərəfli cəbhə xəttinə çevrildi. Müdafiə Ordusunun Füzuli və Cəbrayılda cəbhəni yarması Qubadlının şimalında və qərbindəki Azərbaycan bölmələrini çox çətinə saldı. Həmin gün cənuba doğru hücumu davam etdirən ermənilər şərqdən gələn Hadrut müdafiə sahəsinin qoşunları ilə birləşərək Xanlıq qəsəbəsinə daxil oldular. Bununla da Qubadlı rayonunun mərkəz və şimal hissəsinin 3 istiqamətdən mühasirəsi tamamlandı. Avqustun 30-dan 31-nə keçən gecə Azərbaycan qoşunları Qubadlı şəhərini tərk etməyə başladı 2020- ci ildə davam edən erməni təcavüzlərinə cavab olaraq Ali Baş Komandan sentyabr 27- də hərbi vəziyyət elan etmiş və ll Qarabağ müharibəsi, yəni Vətən müharibəsi başlamışdır. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bir daha qeyd edək ki, 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin  əməkdaşı  Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.