Huquqaz.com

Rayonun işğal tarixi

26.10.2024
2.669
Rayonun işğal tarixi

Rayonun işğal tarixi.

1988-ci ildən başlayaraq Еrmənistanla və Azərbaycanla sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi – Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.  Oktyabrın 25-də – Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad edib. Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdığını bildirmişdir. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Qubadlı rayonunun eləcə də işğaldan azad olunmuş torpaqlarımızın gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu infrastruktur layihəsi davam etməkdədir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

25 oktyabr – Qubadlı şəhəri günü

Qarabağımızın ən  gözəl guşələrindən olan Qubadlı  rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.Tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində olmuş lakin sonradan  Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə  verilmişdir. Qubadlı şəhəri I Qarabağ müharibəsi zamanı 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, və bir çox tarixi abidə dağıdıldı.

Şanlı ordumuz Qubadlını rayonunu II Qarabağ müharibəsi zamanı 25 oktyabr 2020 ci ildə işğaldan azad etdı. Ermənistan ordusu isə Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı.Hazırda Qubadlıda işğalın fəsadlarını aradan qaldırmaq üçün təmir bərpa işləri aparılır və yol infrastruktur layihələri həyata keçirilir. BuTarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Prezidentımız  İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub.

Zərdab şəhər  Ş.Qurbanov adına  2 saylı  orta məktəbin tarix müəllimi Sadıqova  Ülkər

Şərhlər

Şərh yazılmayıb.