Huquqaz.com

Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti

06.05.2022
1.417
Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti

Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti

44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Zəngilan rayonunda da işğaldan azad olduqdan sonra abadlıq, quruculuq işlərinə başlanıldı. Tamamilə yerlə yeksan olunmuş bir rayonun bərpası və yenidən qurulması işləri sürətlə həyata keçirilməyə başlanıldı.İşğaldan azad edilmiş rayonlar içərisində Zəngilan rayonu strateji əhəmiyyətinə görə seçilir. Zəngilanın strateji əhəmiyyətinin beynəlxalq ölçüsü var. Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla digər ölkələrlə əlaqələrin qurulması üçün unikal imkanlara malikdir. Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat tranzit qovşağı rolunu oynayacaq ki, bu da bolgənin bütün potensial imkanını və turizm sahəsini daha da inkişaf etdirəcək. Zəngilanda Azərbaycan və İran Respublikalarını birləşdirən yeni dəmiryolu və avtomobil körpüləri tikiləcək ki, bu da Naxçıvanla Azərbaycanın digər ərazilərinin əlaqəsini daha da gücləndirəcək. Bu il Zəngilanda Beynəlxalq hava limanı tikilib istifadəyə veriləcək ki, bu da bölgənin nəqliyyat- logistika məzkəzinə çevrilməsi üçün geniş imkanlar yaradacaq. Uzun illər işğal altında qalan torpaqlarımız da azad olduqdan sonra yeni həyata başlamaq üçün istənilən şərait yaradılacaqdır.

 

 Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru- Əliyeva Kəmalə

Şərhlər

Şərh yazılmayıb.