Huquqaz.com

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP-29-un keçirilməsi məkanı olacaq

28.10.2024
2.156
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP-29-un keçirilməsi məkanı olacaq

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP-29-un keçirilməsi məkanı olacaq.

COP – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcəkdir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabr ayının 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Ölkəmiz bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onları digər dövlətlərə nümunə olacaq şəkildə  həyata keçirib. Lakin Cənab Prezident İlham Əliyevin  də vurğuladığı kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Təqribən iki həftə ərzində ölkəmizin paytaxtı Bakı şəhəri 70-80 min qonağa ev sahibliyi etməklə dünyanın mərkəzi olacaq.  COP29 konfransına ev sahibliyi vətənimiz üçün 2024-cü ilin ən mühüm hadisələrindəndir. Əslində bu konfransın Bakı şəhərində baş tutmasını ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi başa düşmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. COP29 ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Konfrans zamanı Azərbaycan bərpa olunan enerji və kənd təsərrüfatı layihələri vasitəsilə 2050-ci ilə qədər karbon emissiyaların həcmini 40% azaltmağa yönəlmiş təşəbbüsünü təqdim edəcək. Ümumiyyətlə bu tədbir ekoloji problemlər üzrə qlobal əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. COP29 vasitəsilə dünya ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi tərəqqini  qiymətləndirəcək.  Artıq dünyanın aparıcı mətbuat orqanlarında, televiziya kanallarında ölkəmizin konfransın keçirilməsi üçün yüksək səviyyədə hazırlığından geniş çıxışlara yer verilir.  Azərbaycanda keçiriləcək COP29 konfransının xüsusi məkanı- Yaşıl Zona yüksək səviyyəli tədbir təşkilatçılığı və proqramlaşdırma, eləcə də texnoloji innovasiya  və qlobal məzmun tərəfdaşlığının vəhdəti ilə yanaşı bu ilki konfransın məhsul və xidmətlərin nümayişinin, təqdimatların, seminarların, brifinqlərin, musiqi və mədəniyyət tədbirlərinin həyata keçirilməsi üçün əsas məkan olacaq.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov

 

 

Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb

Rusiyanın Kazan şəhərində XVI BRICS sammiti keçirilir. “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” şüarı altında keçirilən tədbir birlik çərçivəsində birgə fəaliyyətin təşkili istiqamətində mühüm əhəmiyyət daşıyır. Çünki artıq reallığa çevrilən BRICS dünyanın əksər aparıcı və inkişaf etməkdə olan ölkələrinin diqqət mərkəzindədir. Bu da qurumun perspektivdə nüfuzunun möhkəmlənəcəyindən, onun dünya işlərində, aktual, qlobal və regional problemlərin həllində rolunun artacağından xəbər verir. Bəs BRICS-ə üzvlük Azərbaycana nə vəd edir? Ümumiyyətlə, bu təşkilatın beynəlxalq aləmdə yerini necə dəyərləndirmək olar? Azərbaycanın regionda və artıq Avropada aparıcı iqtisadi aktora çevrilməsi fonunda quruma üzvlük üçün müraciəti və buna müsbət yanaşılması ölkəmizin BRICS-ə üzv ölkələr üçün nə qədər cəlbedici olduğunu deməyə əsas verir. Eyni zamanda, üzv ölkələrin sürətli inkişafı və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün bunların fonunda BRICS-in qlobal miqyasda aparıcı təşkilata  çevriləcəyi şübhə doğurmur. Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb və əsas etibarilə beş ölkəni – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını özündə birləşdirən iqtisadi təşkilatdır. BRICS kollektiv Qərbə alternativdir və potensialına əsasən, onun gələcək illərdə iqtisadi baxımdan Qərbi tamamilə geridə qoyacağı istisna edilmir. Dünya iqtisadiyyatının təxminən 30 faizi BRICS-ə üzv olan ölkələrin payına düşür. Əsas məqam isə ondan ibarətdir ki, BRICS ölkələrinin iqtisadi artımı G7 ölkələri ilə müqayisədə təxminən iki dəfə daha yüksəkdir. Ona görə də BRICS hazırda “Böyük yeddilər”i həm nominal ümumi daxili məhsula (ÜDM), həm də xüsusi alıcılıq qabiliyyəti göstəricilərinə görə üstələyir. Nəzərə alsaq ki, BRICS ölkələrinin genişlənməsi prosesi 2024-cü ildə də davam edir və bir sıra sürətlə inkişaf edən dövlətlər də təşkilata üzv olmağa çalışırlar, bu da onu deməyə əsas verir ki, bu tendensiya BRICS ölkələrinin xeyrinə daha da artacaq. Əbəs deyil ki, təşkilatın ilin sonuna qədər dünya iqtisadiyyatındakı yerinin 36 faizdən çox olacağı gözlənilir. Azərbaycan təşkilata üzv ölkələrdən Rusiya ilə çox sıx iqtisadi əlaqələrə malikdir. Bundan əlavə, biz neftdən əldə etdiyimiz gəlirləri nəqliyyat sektoruna yatırmışıq və nəticədə Azərbaycan bu il çox mühüm bir logistik mərkəzə çevrilib. Biz həm şimal-cənub, həm də şərq-qərb istiqamətində nəqliyyat dəhlizi rolunu həyata keçirməkdəyik və bu sahədə də mövqeyimizi daha da inkişaf etdirmək, möhkəmləndirmək niyyətindəyik. Üstəlik, BRICS-ə daxil olan ölkələrin Azərbaycanla həm münasibətləri yaxşı səviyyədədir, həm də bəziləri coğrafi cəhətdən ölkəmizdə yaxındır. Yəni BRICS Azərbaycanın strateji inkişaf istiqamətlərinə uyğundur. Eyni zamanda, bu ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu da əbəs yerə deyil. Çünki Azərbaycan multilateralizm  prinsipini əsas götürərək, çoxtərəfli diplomatiyanı həyata keçirir. Qoşulmama Hərəkatına uğurlu sədrliyimizdən sonra ölkəmiz bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan, COP29-a ev sahibliyi edən ölkə olaraq, dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRICS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

Şərhlər

Şərh yazılmayıb.