Huquqaz.com

Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir

23.04.2022
1.566
Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir

Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Bu iki xalq arasında münasibətlər tarixi dövrü əhatə edir. Postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Iki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub.
Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edən tarixi sənədlərdir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlərdən bəhs edərək onların əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması belə böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın da dediyi kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək.  Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləməsidir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Dövlət başçılarının gəldikləri yekdil qənaət bu olub ki, ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı səviyyəsi qənaətbəxş hesab oluna bilməz.Təbii ki, aparılan müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində olmuşdur. Danışıqlarda Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə bağlı məsələlər ətraflı müzakirə olunub. İmzalanmış bütün sənədlər xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələrini daha da möhkəm edəcəkdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Şərhlər

Şərh yazılmayıb.