“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.
Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən 25 ildə bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ölkəmizin ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırılır. Cənab Prezident noyabr ayında Bakı şəhərində baş tutacaq ən böyük beynəlxalq iqlim konfransının – COP29-a hazırlıq işlərinin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.
Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan Respublikası 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru- Dayangül Vəliyeva
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq.
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilib. Prezident cənab İlham Əliyev sammitdə çıxışı zamanı bir sıra məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də COP29-un Azərbaycanda keçirilməsini düya əhəmiyyətli bir tədbir kimi qeyd edib və bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin rəhbəri Kazanda XVI BRİCS Sammitində çıxışı zamanı bildirib ki, 200 ölkənin səs verdiyi bu tədbirin Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir, Azərbaycana göstərilən böyük etimadın ifadəsidir.
Bu sözsüz ki, həm tədbirə dəyərin verilməsi, həm də dünya ölkələrinə bir ehtiramın nümunəsi idi ki, cənab Prezident bunu öz çıxışında qeyd etdi və göstərdi ki, dünya ölkələrinin Azərbaycana belə etimadı tədbirin uğurla keçirilməsinə məsuliyyəti qat-qat artırır.
COP29-a ev sahibliyi etmək beynəlxalq münasibətlər sistemində Azərbaycana əlavə üstünlüklər qazandıracaq. Çünki Azərbaycan Prezidenti özünün fəaliyyəti dövründə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə çoxşaxəli diplomatiyaya və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə böyük önəm verib və bu fəaliyyət hazırda da uğurla davam etdirilir. Məhz COP29-un Azərbaycanda keçirilməsinə dəstək verilməsi də cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və göstərdiyi xidmətin bir nəticəsidir. Hazırda bu sahədə çox mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycanın “yaşıl enerji” siyasəti bu sahədə mühüm əhəmiyyət daşıyır və ölkədə son illərdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi, insanların sağlamlığına xidmət edən bir sıra mühüm tədbirlərin görülməsi deməyə əsas verir ki, Azərbaycan gələcəkdə “yaşıl dünya” uğrunda mübarizədə öz yerini müəyyən edəcək və öndə olacaq. Bu gün işğaldan azad edilmiş ərazilər, Qarabağ və Şərqi Zəngəzur böyük günəş və külək enerjisi potensialına malikdir.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova
Şərh yazılmayıb.