Huquqaz.com

“Qubadlı- tarixdə bu gün!”

25.10.2024
12
“Qubadlı-  tarixdə bu gün!”

“Qubadlı-  tarixdə bu gün!”

44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq Zəfər tarixini əbədiləşdirdi. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Dörd il bundan əvvəl şanlı tariximizin yeni səhifələri yazıldı. Qubadlı şəhəri işğaldan azad olundu. Qubadlılar artıq dördüncü dəfə 25 oktyabrı tarixi qələbə olaraq qeyd edir. Xatırladaq ki Qubadlı rayonu 31 avqust 1993 cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün ölkəmizin müxtəlif yaşayış yerlərində müvəqqəti yerləşdirilmişdir. Qubadlını  azad etmək üçün, ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu bu peşəkarlığı, fədakarlığı  göstərib. Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu  ölkə rəhbərinin  müvafiq  sərəncamları ilə “Qubadlının Azad Olunmasına Görə” medalı ilə təltif  edilmişdir.  44 günlük Vətən müharibəsində  işğal altında inləyən əzəli tarixi torpaqlarımız hərbi- siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023 cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr- Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Qubadlının təbii imkanları nəzərə alınaraq  şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin içtimai bağlar şəhərin əsas simasını təşkil edir. Cənab Prezidentin bildirdiyi kimi, “ Peşəkarlıq , qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat-bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İşğaldan azad olunan Qubadlıda yeni bir həyat başlayır, abad və laləzarlığa qərq olmuş müasir Qubadlı çox keçməz  ki, bütün sakinlərini qoynuna alar. Biz bu günü görürük”.

Zərdab rayon Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin əməkdaşı- Cəmalə Feyzullayeva

 

 

 

 Cənnət yurdum- Qubadlı

Qubadlı şəhərinin ərazisi 800  kvadrat klometrdir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Qubadlı rayonun təbiəti olduqca gözəldir. 1969- cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda 13.2 min hektar meşə sahəsi vardır. Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri- Bərgüşad. Həkəri çayı öz mənbəyini  Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb  gələn Dəli çay, Şəki çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir.Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür.

Qubadlı rayonu 31 avqust 1993- cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Müzəffər Ali  Baş Komandanımızın rəhbərliyi, Azərbaycan ordusunun qüdrəti sayəsində 2020-ci ilin sentyabrın 27- də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri də mənfur işğalçılardan  azad olundu. Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020- ci ilin 23 dekabrında Prezidenrt İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Tarixi Qələbə günlərinin əbədilişdirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixi Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə Şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Zərdab rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin əməkdaşı- Elnarə Salikova

Şərhlər

Şərh yazılmayıb.