Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!
Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində rüşvətxorluq davam etdirilir.
“DogruXeber.az” qeyd edir ki, bu barədə dəfələrlə portalımızda məlumatlar və faktları yayımlasaq, aidiyyatı üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş prokurorluğuna müraciətlər ünvanlasaq da sözügedən tibb müəssisəsində müsbətə doğru heç nə dəyişməyib. Bunu son günlər tez-tez sosial şəbəkələrdə yayımlanan vətəndaş müraciətlərdən də aydın görmək olar. Hətta, ötən həftə öz əməkdaşımızın ailə üzvlərindən müayinə üçün sözügedən tibb müəssisəsində olublar və onlardan da müayinə aparatlarından keçmək üçün pul tələb olunub.
Görkəmli akademikin adını daşıyan tibb müəssisəsində bu cür aşkar şəkildə rüşvətxorluq dahi şəxsiyyətin adına hörmətsizlikdir ki, buna da müəssisənin direktoru Elmar Qasımov və baş həkimi Aygün Məmmədbəyli özləri şərait yaradır.
Xatırladaq ki, bir neçə ay əvvəl Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədov redaksiyamıza müraciət edərək, anadangəlmə gözdən əlil olan xanımı Gülxanım Məmmədovanın müayinə nəticələrinin ağırlaşmış dərəcədə yazmaq üçün ondan 1800 (min səkkiz yüz) manat pul tələb olunduğunu bildirmişdi.
Əjdər Məmmədovun sözlərinə görə, xanımının anadangəlmə görmə qüsurlu olduğunu xatırladanda, onlardan pul tələb edən tibb bacısı Günel Həsənova, “istəyirsən bir gözün lap kor olsun, pul verməsən mümkün deyil, pensiya vermirlər” cavabını verib.
Bu göz klinikasında rüşvəti yığanlar və mənimsəyənlər...
Bu tibb müəssisəsində rüşvət faktı – VİDEO
“Pulunu ver, pensiyanı al” – Bu tibb müəssisəsi “ödənişli kömək” təklif edir
Biz bütün bunlar barəsində Aidiyyatı üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Baş prokurorluğa dəfələrlə rəsmi sorğular, eləcə də ödəniş qəbzlərinin fotolarını göndərdiyimizə baxmayaraq Səhiyyə Nazirliyi şikayətçi və faktlara rəğmən güya araşdırma apardığı və məlumatın təsdiqini tapmadığı qeyd olunan şablon cümlələrdən ibarət məktub göndərdi, prokurorluq isə ümumiyyətlə susdu.
Halbuki, elə rəsmi xəbərlərə nəzər saldıqda baş prokuror hörmətli Kamran Əliyevin korrupsiya və rüşvətxorluqla mübarizədə nə qədər həssas, nə qədər məsuliyyətli olduğunu görürük. Görünür, Kamran müəllimin etimad göstərib vəzifəyə təyin etdiyi ərazi üzrə səlahiyyət səhibləri hansısa bizə məlum olmayan səbəblərdən məsələyə aydınlıq gətirmək istəmir.
Məhz bu səbəbdən də biz yenidən mövzuya qayıdaraq, bu dəfə Səhiyyə naziri Teymur Musayev və Baş Prokuror Kamran Əliyevə portalımız vasitəsilə üz tutduq ki, Milli Oftomologiya Mərkəzində cərəyan edən korrupsiya və rüşvətxorluğun şəffaf şəkildə araşdırılması və sözügedən müəssisənin rəhbərliyindən tutmuş, əli rüşvətə alışan Günel Həsənova kimi digər tibb işçilərinə qədər hər biri barəsində qanuni tədbir görülməsini müvafiq şöbədən tələb etmələrini xahiş edək.
Əgər bu şəxslər lazımi qaydada cəzalandırılarsa, bunun oxşar şəkildə çalışan digər istər dövlət, istərsə də özəl tibb müəssisələrinin böyük əksəriyyətinə nümunə olacağını, qanunsuzluq hallarının qismən azalacağını güman edirik.
Qeyd: Özəl demişkən, qeyd edək ki, redaksiyamıza müraciət edən Əliyeva Vüsalə Şəmsəddin qızının müraciəti əsasında Modern Hospitalın həkimi Elvina Səlimova, Memorial hospitalı və “Bi-Es” VİP estetik mərkəzində çalışan Günel adlı kosmetoloq barəsində Ombudsman aparatının rəhbəri Səbinə xanım Əliyeva və Səhiyyə Nazirliyinə ünvanladığımız müraciətdən sonra Vüsalə xanım ötən həftə nazirliyə dəvət olunub, Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyovun qəbulunda olub. Fazil müəllim xanıma məsələnin artıq şəxsən nəzarətində olduğunu və tezliklə sözügedən tibb müəssisələri və özünü həkim-kosmetoloq kimi təqdim edən Günel adlı xanım barəsində qanuni tədbir görüləcəyini bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin araşdırması nəticəsində Günel xanımın bu sahədə çalışmaq üçün heç bir səlahiyyətinin olmadığı aydın olub.
Bundan əlavə, Fazil Hüseynbəyov Modern Hospitalın, eləcə də hospitalın həkimi Elvina Səlimovanın onkoloji şübhəli cərrahi əməliyyatları icra etmək ixtiyarlarının olmadığını, yalnız Milli Onkologiya Mərkəzinin bu kimi xəstələri müayinə və müalicə etmək səlahiyyətinə sahib olduğunu deyib.
Burdan da belə məlum olur ki, Modern Hospitalı kimi bütün özəl tibb müəssisələri pul qazanmaq xatirinə insanların həyatlarına bu cür “qəsd edirlər”.
Mövzunu davam etdirəcəyik.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Şərh yazılmayıb.