Huquqaz.com

Güzəştli ticarət

16.07.2024
2.648
Güzəştli ticarət

Güzəştli ticarət.

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm daşıyır. Səfər zamanı Prezident İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərlə bağlıdır: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.

Hazırda Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib. Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə, həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir. Qarşılıqlı əlaqələrdə atılan bu addımların təsiri olduqca böyükdür. Bu xüsusda digər sahələrdə olduğu kimi sərmayələrin ilkin həcmi təxminən iki milyard dollar olacaq. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Atılan bu addımlar əməkdaşlığın şaxələnməsinə xidmət edir. Həmçinin güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində imkanlar açır. Artıq ilkin mərhələdə iki ölkə arasında güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub. Lakin bu, yalnız başlanğıcdır. Ölkəmizin başçısınını da vurğuladığı kimi Azərbaycanla Pakistan hər zaman sıx əməkdaşlıq edib. Hazırda isə iki ölkə arasında ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə start verilir. Bütün bunlar hər iki tərəf üçün mühüm planlardır və bütün planların icrası üçün də yüksək səviyyəli qarşılqlı etimad mövcuddur. Eyni zamanda, Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, hərbi sahədə, müasir kommunikasiya və digər vacib istiqamətlərdə əldə edilmiş vacib razılaşmalar qarşıdakı dövr üçün daha böyük hədəflərin olduğunu bir daha nümayiş etdirir”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov.

 

 

Qarşılıqlı dəstək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri hər iki xalqın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirib. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi dəyişməz xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür. Azərbaycanla Pakistan arasında siyasi münasibətlər, həmçinin xarici işlər nazirlikləri, digər qurumlar, eləcə də parlamentlər səviyyəsində də davam etdirilir. Qeyd edək ki, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı məqsədilə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Pakistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılıb. 2015-ci ildə “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfədir. Ərazilərimiz Ermənistan tərəfindən işğalda olduğu dövrdə də Pakistan Azərbaycana birmənalı dəstək verib. Azərbaycan xalqı da yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bunun bariz nümunəsidir. 2020-ci ilin noyabrında Azərbaycan özünün tarixi qələbəsini qeyd etdiyi vaxtda Azərbaycan, Pakistan və Türkiyənin bayraqları dalğalanır, insanlar hər üç qardaş ölkənin bayraqlarını əllərində daşıyırdılar”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əvəz Soltanov.

 

 

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur

Cənab İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşləri oldu və hazırda münasibətlərimizin yeni sahələr üzrə inkişafı üçün geniş imkanların mövcudluğu qeyd edildi. İmzalanan 15 sənəd bunun təsdiqidir. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir istiqamətdir. Azərbaycan-Pakistan münasibətləri möhkəm təmələ əsaslanır. Pakistanın Baş nazirinin mətbuata bəyanatında qeyd etdiyi kimi, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında  bu əlaqələr səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq. Bir-birimizdən uzaqda yaşayırıq. Lakin qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq birlikdə danışırıq, bir yerdə düşünürük, ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.” 44 günlük İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək dəyərləndirildi. O da məlumdur ki, Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib Dövlət başçısı İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistana işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdiyi üçün minnətdarıq.  Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. İkitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açılır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini təmin edəcək.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.