Huquqaz.com

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir

16.07.2024
3.029
Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır. Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Qeyd edək ki, 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarlar.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 


Qarşılıqlı dəstək
.

Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayının 11-12-də Pakistanda rəsmi dövlət səfərində olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər də bunu deməyə əsas verir. Pakistanın Baş naziri ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Yatırılacaq sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Azərbaycan və Pakistan rəhbərləri tərəfindən energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlığın mövcud olduğu müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident cənab İlham Əliyev əmin olduğunu bildirib ki, tezliklə müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramları işlənib hazırlanacaq və bu, ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Prezident İlham Əliyev mühüm bir faktı vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cəmmu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.

Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi.

Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur. Bu münasibətlərin dərin tarixi, mədəni və dini kökləri vardır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Diqqətəlayiq haldır ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Oxşar problemlə Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident cənab İlham Əliyev Azərbaycanın öz növbəsində bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Azərbaycan ilə Pakistan arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir. Bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Azərbaycan Qarabağ, Pakistan isə Kəşmir məsələsində haqlı olduğunu hələ illər öncə inkaredilməz faktlar­la bütün dünyaya sübut edib. Hər iki qardaş dövlət göstərib ki, onlar haqq, ədalət işi uğrunda mübarizə aparmaq­dadır. Bu baxımdan həm Azərbaycanı, həm də Pakistanı eyni cəbhənin silah­daşları adlandırmaq mümkündür.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur.

Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də  müsəlman dünyasının nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Bundan sonra əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklərini təsis edib. İki dost ölkə arasındakı münasibətlərdən söhbət açarkən Heydər Əliyev Fondunun Azərbaycanın Pakistanla humanitar əlaqələrinin dərinləşməsinə sanballı töhfələr verməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çoxsaylı humanitar layihələr reallaşdırılıb. Vurğulamaq yerinə düşər ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı – “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 11-də Pakistan İslam Respublikasında dövlət səfəri zamanı hər iki ölkənin bir-birinin yanında olmasını təsdiqləyən görüntülər ictimaiyyətdə böyük məmnunluq doğurub. İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif əməkdaşlıqla bağlı mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı bəyanatında 30 ildən artıq işğal altında olan torpaqlarımızın 2020-ci ilin payızında Ermənistan silahlı birləşmələrindən azad edilməsində Pakistan İslam Respublikasının göstərdiyi siyasi dəstəyə xüsusi önəm verərək demişdir: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi”.

Görünən odur ki, Azərbaycan-Pakistan əlaqələri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək dövrünü yaşayır. Cənubi Qafqazda yaranan yeni reallıqlar  və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin  direktoru Könül Rəhimova

 

 

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir.

Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Bu dostluq dərin tarixi köklərə malikdir və xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu gün ölkələrimiz arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub:

Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Cari ilin iyul ayının 11-də cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına etdiyi dövlət səfəri sözsüz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına növbəti önəmli töhfə olacaq. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri görüşlər zamanı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Beləliklə, ölkələrimiz arasında güclü tərəfdaşlıq nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.

Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır:

İyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev belə bir mühüm faktı bir daha vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cammu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq. Cənab Prezident İlham Əliyevin Pakistana səfərinin nəticələri bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir.

Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir.

Pakistan da hər zaman Azərbaycanın yanında olub. Ərazilərimiz Ermənistan tərəfindən işğalda olduğu dövrdə də Pakistan Azərbaycana birmənalı dəstək verib. Azərbaycan xalqı da yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bunun bariz nümunəsidir. 2020-ci ilin noyabrında Azərbaycan özünün tarixi qələbəsini qeyd etdiyi vaxtda Azərbaycan, Pakistan və Türkiyənin bayraqları dalğalanır, insanlar hər üç qardaş ölkənin bayraqlarını əllərində daşıyırdılar

Qarşılıqlı əlaqələrdə atılan bu addımların təsiri olduqca böyükdür. Bu xüsusda digər sahələrdə olduğu kimi sərmayələrin ilkin həcmi təxminən iki milyard dollar olacaq. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Atılan bu addımlar əməkdaşlığın şaxələnməsinə xidmət edir. Həmçinin güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində imkanlar açır. Azərbaycanla Pakistan hər zaman sıx əməkdaşlıq edib  hazırda isə iki ölkə arasında ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə start verilir. Bütün bunlar hər iki tərəf üçün mühüm planlardır və bütün planların icrası üçün də yüksək səviyyəli qarşılqlı etimad mövcuddur. Eyni zamanda Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, hərbi sahədə, müasir kommunikasiya və digər vacib istiqamətlərdə əldə edilmiş vacib razılaşmalar qarşıdakı dövr üçün daha böyük hədəflərin olduğunu bir daha nümayiş etdirir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

Şərhlər

Şərh yazılmayıb.