Huquqaz.com

Aida Aslanova “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinə müavin təyin olunub-FOTO

05.06.2024
1.755
Aida Aslanova “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinə müavin təyin olunub-FOTO

“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin İdarə heyətinin 05.06.2024 cü il tarixində keçirilən iclasında İctimai Birliyin sədrinin “Layihələrin İdarə edilməsi və ictimayətlə əlaqələr” üzrə müavini vəzifəsinə təyinat olmuşdur.

”Qafqazaz” xəbər verir ki, bu vəzifəyə idarə heyətinin yetkil qərarı və “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri Vüsal Əliyevin müvafiq əmri ilə Aida Aslanova təyin edilmişdir.

Aida xanıma yeni vəzifəsində uğurlar arzu edirik!

Aida Aslanova Ramiz qızı

Aida Ramiz qızı Aslanova 1988-ci il 15 aprel tarixində Bakı şəhərində anadan
olub. Şəhid İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbi əla qiymətlərlə
bitirib. Bakı Biznes və Kooperasiya Kollecinin “Turizm işinin təşkili” ixtisası üzrə
subbakalavr dərəcəsini və Azərbaycan Universitetin həmin ixtisas üzrə fakültəsini
fərqlənmə diplomları ilə bitirmişdir.
2006-cı ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
«Landşaft və landşafşünaslıq» şöbəsində mühəndis kimi işə başlamışdır. Halhazırda AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun “Beynəlxalq və İctimaiyyətlə Əlaqələr” şöbəsinin baş mütəxəssisi
vəzifəsində çalışır.
2014-cü ildən Vikipediya vasitəsilə Azərbaycan reallıqlarını və həqiqətlərini
dünyaya çatdırmağa çalışır. Ölkəmizi bir neçə dəfə Vikipediya üzrə beynəlxalq
konfranslarda təmsil edib. 2018-ci ildə İsveçin paytaxtı Stokholmda “Vikimaniya”,
2022-ci ildə İstanbulda türkdilli ölkələrin vikipediyaçılarının “VİKİDATA”,
Dubayda ərəbdilli vikipediyaçıların “Vikiarabiya”, Afinada “Wikimedia
Hackathon–2023”, 2023-cü ildə Sinqapurda “Vikimaniya”, Gürcüstanda “CEEmeeting”, Estoniyda “Wikimedia Hackathon–2024” və s. beynəlxalq
konfranslarında ölkəmizi təmsil edib.
Bir neçə layihələrin müəllifi və düşərgələrin rəhbəridir. Vikipediya üzrə
təlimlərdə iştirak edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən “Fəxri Fərman”lar ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şərhlər

Şərh yazılmayıb.