Huquqaz.com

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar

27.11.2023
2.213
SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar.

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Bu Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı şübhəsizdir. Həmçinin SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına da mühüm töhfələr verəcək. BMT-nin Xüsusi Proqramı olan SPECA Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının inkişafı və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün vacib platformadır. Bu proqramda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, Əfqanıstanın da iştirakı mühüm aspektlərdən biridir.

Azərbaycanın SPECA-da xüsusi rolu var,  çünki Çindən Avropaya gedən yollar Orta və Mərkəzi Asiya ilə bərabər, həm də əsas dəhliz kimi Azərbaycandan keçir. Bu mənada bizim balanslı siyasət həyata keçirməyimiz mühüm əhəmiyyət kəsb edir. Bu proqramda xüsusi rolumuzun olması Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində mümkün olub. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündəki çıxışlardan da aydın oldu ki, bu dövlətlərin Azərbaycana münasibəti dostyanadır, onlar Azərbaycanı siyasi dialoq ölkəsi kimi qəbul edir, iqtisadi islahatların aparıldığı və ciddi nəticə verdiyi bir dövlət kimi görürlər. Bu gün Azərbaycan həm də dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verən vacib dövlətlərdən biri hesab edilir. Ona görə də ölkəmizin SPECA-da aparıcı rola malik olması təsadüfi deyil. Ölkə başçımızın qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət aldığı bir vaxtda bizim ölkələrimizdə sülh, sabitlik və əmin-amanlığın hökm sürməsi, inkişafın, quruculuq proseslərinin uğurla getməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar

Noyabrın 24-də SPECA-ya üzv dövlətlərin zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan və Macarısatn lideləri, bir sıra digər ölkələrin nümayəndələri və çoxsaylı beynəlxaq təşkilatarın təmsilçiləri iştirak etmişdir. Azərbaycanın sədrliyi ilə keçirilən forumda Mərkəzi Asiya ölkələrinin, Gürcüstan, Macarıstan dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Bakıda keçirilən SPECA həftəsində gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün müəyyən təkliflər səslənib. Səslənən təkliflərdən gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi məqamlar daha çox diqqət çəkir.

SPECA BMT-nin əsasən bu bölgə ilə bağlı iqtisadi siyasətini əks etdirir. Azərbaycan uzun illər ərzində SPECA platformasında etibarlı tərəfdaş qismində uğurla çıxış edib. Nəzərə almaq lazımdır ki, ölkəmiz SPECA üzvü olan ölkələrlə ikitərəfli münasibətləri də kifayət qədər yüksək səviyyədə inkişaf etdirib. Bu gün Azərbaycanın SPECA ölkələri ilə bir çox platformalarda uğurlu əməkdaşlığı davam edir. SPECA-nın təşviq edilməsi yeni yaranacaq regional kommunikasiya və logistika layihələrinin əsas hədəflərindən biridir. Çünki bu coğrafiyada İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir çox maraqlı iqtisadi təşkilatlar var. SPECA-nın üzvü olan ölkələrin gələcəklə bağlı iqtisadi planları və proqnozları mövcuddur. Heç şübhəsiz SPECA yaxın gələcəkdə çox vacib platformalardan biri olacaq.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır.

Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olmasının təsdiqidir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci Zirvə görüşü  də bu baxımdan diqqətçəkəndir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır.  Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsi təsadüfi deyil və əlamətdar hadisədir.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Ölkə başçımız cənab İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında vurğuladığı kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi qeyd etmək lazımdır. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərirdi. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda birgə işləyirlər. Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir və bu proses bundan sonra da davam etdiriləcək. Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası bugünkü uğurlarımızın əsasıdır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

“Böyük Qayıdış” Proqramı

Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra qarşıda duran əsas vəzifələrdən birincisi məhz Qarabağda ərazilərin bərpası, işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs gətirilməsi idi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə mədəni-tarixi abidələr yerlə-yeksan olunmuş, məhv edilmiş, dağıdılmışdı. Həmin ərazilərin bərpasına müasir kompleks yanaşma dövlət siyasətinin prioritet istiqaməti idi. Bu mənada, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə cənab Prezident İlham Əliyev Sərəncam imzaladı və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı.

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək. Prezident cənab İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə “Böyük Qayıdış”ın vaxtı gəlib çatıb.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.