Huquqaz.com

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

06.11.2023
1.803
Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Ölkələrimiz arasındakı əlaqələr sarsılmazdır.Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu.Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək
olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək iki dövlətin qardaşlığının təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.İkinci Qarabağ müharibəsindəki tarixi qələbə Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.

Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə
olması bütün dünyaya Türkiyə – Azərbaycan qardaşlığının sadəcə sözdə deyil, əməldə də mövcud olduğunu dünyaya, xüsusilə də Ermənistana və onların himayədarlarına açıq şəkildə sübut elədi.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbəmizə həsr olunan Zəfər paradında iştirakı və səsləndirdiyi
bəyanat dünyaya siyasi mesaj idi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük tikinti -quruculuq işləri aparılır.Aparılan işlərdə Türkiyə şirkətlərinin iştirakına dair açıqlanan məlumatlar göstərir ki, qardaş ölkələr bərpa və inkişafda da müharibədə olduğu kimiəl-ələ verirlər.Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir.

Səmədova Hicran

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Şərhlər

Şərh yazılmayıb.