Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir
Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu zərərsizləşdirildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən müharibəsində tarixi Qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Vətən müharibəsindəki parlaq Zəfərdən sonra Azərbaycanın tarixində yeni səhifə, quruculuq missiyası başlanıb. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı
Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər.
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda azərbaycanlılara məxsus tarixi izlərin silinməsi, buraların saxta olaraq özününküləşdirilməsi, digər ölkələrdən etnik ermənilərin qanunsuz olaraq burada məskunlaşdırılması, terror fəaliyyətləri, təbii sərvətlərimizin bir sıra xarici şirkətlərlə birgə talan edilməsi, bu iş birliyindən külli miqdarda gəlirlərin əldə edilməsi, mənəvi terrola yanaşı, eyni zamanda bizə vurulan iqtisadi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib.
Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana real təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə əməl etməyən Ermənistan öz məkrli əməllərindən əl çəkmir, əvəzində əsassız torpaq iddialarını daha da artırır, işğal altında saxladığı ərazilərimizdə talançılıq siyasətini davam etdirirdi. BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini heçə sayan, başqa bir müstəqil dövlətin suveren, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazilərini zəbt edən, işğal edən bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Çünki bu işğalçılıq, beynəlxalq hüququn aliliyinin ayaqlar altına atılması və cəzasızlıq bütün dünya üçün əsl təhdid idi və müxtəlif vaxtlarda digər dövlətlərə qarşı da təkrarlanırdı. Məsələn, ermənilərin Azərbaycanla yanaşı qardaş Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddialarının olduğu və zaman-zaman bu barədə açıqlamalar verdikləri də heç kəsə sirr deyil.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı
Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.
Bu mənada, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya həmin ərazilərin Azərbaycana məxsusluğunu dərk edirdi, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam edən real mənzərə isə göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti isə beynəlxalq hüquqa əməl etməsi ilə bağlı Ermənistana heç bir təsir etmədi. Sözsüz ki, vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Çünki Ermənistanın müxtəlif ərazilərimizdə ardı-arası kəsilməyən təxribatları da sərhəd tanımırdı. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə, dinc, sivil vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Bu cür təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı.
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
44 günlük müharibənin hər bir günü Zəfər günü idi
Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi” fikirləri özündə 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yolu və 44 günün reallıqlarını özündə əks etdirir. Azərbaycan Ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bəyan edirdi.
Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günündə Füzuliyə səfəri zamanı Qaraxanbəyli kəndində çıxış edərkən Vətən oğullarımızın torpaq, Vətən sevgisindən bəhs edərək bildirdi ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.”
Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən Ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır” fikri reallıqda öz əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedirdi.
Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilnməsi sülh müqaviləsinin imzalanmasını bir tələbə çevirir ki, Azərbaycan müharibə bitdikdən sonra qarşı tərəfə bunu təklif edib. Ermənistanın sülh müqaviləsini imzalamamaq üçün bu müddətdə törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bir daha Silahlı Qüvvələrimizin gücünün təqdimatı oldu. Ermənistanın aldığı dərslərdən nəticə çıxarıb sülh müqaviləsini imzalamaqla onun üçün yaradılan son şansdan bəhərələnməsi zamanıdır. Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gündəliyini özü tərtib edir və əksər dünya gücləri yeni reallıqları qəbul edərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəklərini ifadə edirlər. İki ildə yeni reallıqların qəbulunda qazanılan uğurlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
44 günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir
Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların həyata keçirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi çox mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Əlbəttə, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir.
Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Sirr deyil ki, 30 ilə yaxın davam edən işğal müddətində Ermənistan, onun hamiləri və ikili standartlara əsaslanan siyasət həyata keçirən bəzi güc mərkəzləri beynəlxalq hüquqa məhəl qoymurdular. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi ilə əlaqədar işğalçı dövlətə təzyiq göstərilmir, ona qarşı hər hansı bir sanksiya tətbiq olunmurdu. Amma Azərbaycan öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının bəhs olunan qətnamələrinin icrasını təmin etdi, milli mübarizəsi ilə həmin dairələrə ədalət dərsi verdi. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı.
Çox mühüm məqamlardan biri budur ki, bu qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü.
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.
Digər tərəfdən, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək.
Nəticə etibarı ilə, 44 günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Tariximizə qızıl hərflərlə yazılmış 8 noyabr Zəfər bayramının 3-cü ildönümüdür.
Ümumiyyətlə Ermənistanın 30 illik işğalı dönəmində torpaqlarımızın işğaldan azad olunması və şanlı bayrağımızın Azərbaycan sərhədləri boyunca dalğalanması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Bu istiqamətdə ölkə başçımız İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən istər hərb istərsə də ordu quruculuğu sahəsində ardıcıl və səmərəli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Ermənistanın işğal dövründə ölkəmiz iqtisadi sahədə də böyük uğurlara imza ataraq regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmişdir. Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatları ilə də yaxından əməkdaşlıq edərək ölkəmizin haqq səsinin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasına nail olmuşdur.
Təəssüf ki, beynəlxalq ədalətin işləməməsi, qəbul edilmiş 4 BMT qətnaməsinin icra olunmaması, ölkəmizə qarşı ikiüzlü siyasət, Azərbaycanın münaqişənin sülh və danışıqlar yolu ilə həll etmə cəhdlərinin heç bir nəticə verməməsi, erməni təxribatlarının davam etməsi artıq müharibəni qaçılmaz etmişdi. Belə olduğu təqdirdə Azərbaycan öz toraqlarının işğaldan azad olunması və beynəlxalq ədalətin bərpası üçün haqq savaşına başladı.
Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin müharibəsini apararaq Ermənistan ordusunu biabırçı və ağır məğlubiyyətə uğratdı və təkbaşına BMT qətnamələrini icra etdi.
İkinci Qarabağ müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan Ordusunun gücünün, qüdrətinin və humanistliyinin dünyaya nümayişi olmaqla yanaşı qürurumuzu özümüzə qaytardı, bizləri qalib xalqa çevirdi. Əlbətdə bu qələbə Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi idi. Məhz bu unikal siyasət nəticəsində heç zaman Qarabağı görməyən Azərbaycan gəncləri Ali Baş Komandanımızın bir əmri ilə səfərbər oldu və torpaqlarımızı işğaldan azad etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunda bir fərari belə olmamışdır. Bütün bunlar Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.
Həmçinin ölkəmiz Ermənistanı hərb meydanı ilə yanaşı diplomatik sahədə də ağır məğlubiyyətə uğratdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə vermişdir ki, bu müsahibələr Azərbaycanın diplomatik uğurları kimi tarixə həkk oldu.
Müharibə dönəmində Ali Baş Komandan İlham Əliyevin ürəkdən gələn və xalqın hislərini əks etdirən hər bir sözü dillər əzbərinə çevrildi.
Vətən Müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan tarixində yeni bir səhifə açmış oldu.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa qurucluq işləri həyata keçirilməkdədir. Erməni faşistləri tərəfindən viran qoyulmuş Qarabağımız humanist və sülhsevər Azərbaycan dövləti tərəfindən cənnətə çevrilməkdədir. Eyni zamanda Böyük Qayıdış proqramı da uğurla icra olunur.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları Azərbaycan dövlətinin və ölkə başçımızın yüksək diqqət və qayğısə ilə əhatələniblər. Postmüharibə dövründə bu kateqoriyadan olan şəxsləri əhatə edən böyük sosial paketlər həyata keçirilmişdir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Çoxəsrlik tariximizin ən parlaq səhifəsi
Çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycan bu illər ərzində ən yüksək tribunalardan bəyan etdi ki, işğalla heç zaman barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Şanlı Zəfərimiz bu çağırışları reallıqda təsdiqlədi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində qazanılan Qələbəmiz dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsi üçün stimulverici amil oldu. Zəfərimizin memarı, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Onun 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğruıdaraq güclü Azərbaycan modelini təqdim etdi, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını qızıl hərflərlə tarixə yazdı. Bu illər ərzində hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bu günümüzün qürurverici hadisələrindəndir ki, cənab İlham Əliyev birinci dəfə Prezident seçilməsinin 20-ci ildönümündə – 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı.
20 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə yönəldən, Ordumuzu Qələbəyə hazırlayan, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdıran Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu qətiyyətli addımları ilə təsdiqlədi. Bu gün də bu addımlar davamlılığı ilə diqqətdədir. Tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. 17 ildə görülən işlər, atılan qətiyyətli addımlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” reallığını bəyan etməsini təmin etdi.
Dövlət başçısı İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuz olmaqla yanaşı, tarixi Zəfərimizə böyük stimul oldu. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı açıq-aşkar işğal altındakı torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağına işarə idi. Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından bəhs etdi. Dövlət başçısı tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd etdi ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Dövlət başçısının “Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri bir daha qətiyyətini, prinsipiallığını, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımızın uğurlarını, artiq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyimizi dünyaya çatdırdı.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
44 gündə tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir
Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bununla yanaşı, bütün sahələrdə gücünü, qüdrətini artırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız gec-tez tarixi sahibinə qovuşacaq. Azərbaycan hər gün bir addım bu hədəfə yaxınlaşdı. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və əksər dünya dövlətləri ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, bu ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi. “Güclü ordu – güclü dövlət” konsepsiyasının fundamental əsası olan iqtisadi tərəqqini xüsusi diqqətdə saxladı. Son 20 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.
Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları şərtləndirdi. Belə ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
44 gündə tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və Azərbaycan Ordusu qətiyyətlə qarşısını aldı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Milli qürurumuzun təntənəsi
Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaq görən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.
Qeyd edək ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları bu əmrin verilməsi və işğalçılara qarşı qətiyyətli mübarizəsinin əsası oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Milli yaddaşımıza əbədi həkk olunan 8 noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü
Böyük Qələbə münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir:- “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı – ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bu, həm də onu bir daha sübut etdi ki, Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki, onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.
Milli yaddaşımıza əbədi həkk olunan 8 noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən yalan və uydurma informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.