Huquqaz.com

Erməni vandalizmi

27.09.2023
1.910
Erməni vandalizmi

Erməni vandalizmi.

Bütün ədalət tərəfdar olan dünya bilir ki, Azərbaycan ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Prezident cənab İlham Əliyev bunu dəfələrlə dünya ictimaiyyətinə bəyan edib. Dövlətimizin başçısı diqqəti növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Prezident dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. Törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır, törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Bütün dünya, sülhsevər insanlar bilir ki, Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiºdir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Prezident cənab İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində olarkən bunu bir daha bəyan edib. Dövlətimizin başçısı diqqəti növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Prezident dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. Törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır, törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir.

Müharibə qanunlarının əksinə olaraq, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.Rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəl Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Ancaq ermənilər bunu etmədilər. Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində misli görünməmiş cinayətlər törətdi. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmış və dinc əhaliyə qarşı vəhşiliklər həyata keçirmişdir .Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında məlumatlandırılmalıdır. Düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan tam dərk etməli idi ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Ermənistan unutmamalı idi ki, “Dəmir yumruq” bu gün də əzilən başının üzərində hazır dayanıb. Beynəlxalq aləm bu hərbi cinayətlərə göz yumsada Azərbaycan dövləti özü cinayətkarı layiqincə cəzalandırdı. Sözümüz imzamızdır!

Gəlmə kənd tam orta məktəbin direktoru – Rasif Qaçayev

 

 

Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar. Necə deyərlər, “Güc düşmənə qarşı birlikdə deyil, güc Vətənə olan sevgidədir”.

Əlibəyli kənd tam orta məktəbin tarix müəllimi – Gülnar Tağıyeva

 

 

Hərbi cinayətkar rejim.

44 günlük müharibə ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan ərazisini uzun illərdir işğal altında saxlayan Ermənistan Respublikası Qarabağda qondarma erməni dövləti yaradaraq xalqımızı uzun müddətdir qorxu altında saxlamışdır.Müstəqillik qazandıqdan sonra Azərbaycanın dünya səviyyəsində nüfuzunu qaldıran Ümummilli liderimiz Heydər Əliyev güclü ordu quruculuğuna başlamışdır.Onun layiqli davamçısı olan cənab İlham Əliyev isə 27 sentyabr 2020-ci ildə Qarabağdakı erməni separatizminə cavab olaraq keçirdiyi əks hücum əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə sərəncam vermişdir. Müharibənin bitməsinə baxmayaraq hələ də Qarabağda qondarma erməni separatizmi ərazimizin bütövlüyünü təhdid altında saxlayırdılar.Buna görə də Ali Baş Komandanın rəhbərliyi altında 19 Sentyabr 2023- cü ildə antiterror əməliyyatı keçirildi.1 gün davam edən döyüş əməliyyatları zamanı separatçılar təslim oldular.Hal -hazırda ordumuz Qarabağda ərazilərimizin təmizlənməsi ,silahların təhvil alınması ilə məşğuldur. Azərbaycan respublikasının bütövlüyü yolunda şəhid olan hər bir vətəndaşına allahdan rəhmət diləyirik.Yaralı olan qazilərimizə şəfa arzulayırıq.

Qaravəlli kənd tam orta məktəbinin tarix müəllimi – Xəyalə Abdulxalıqova

  

 

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır.

2020-ci il sentyabrın 27-si səhər saat 6:00. Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu, dinc əhali və hərbçilər arasında ölənlər və yaralananlar oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə etməklə əks-hücum əməliyyatı haqqında əmr verdi. Düşmənin ön müdafiə xətti yarıldı və artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yaydı. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edildi. Bundan əlavə, Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqə məhv edildi. Oradakı erməni qruplaşmasının Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və dağatıcı bölmələri tərəfindən darmadağın edilməsi Kəlbəcər istiqamətində irəliləməyə imkan verdi.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklilkəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzüli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu.Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbə vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Ali Baş Komandanın əmri ilə “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan, Zəfər yürüşünə başlayan Azərbaycan Silahlı Qüvvələri qələbə qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da yaxınlaşdırdı. Belə ki, düşmən bu ərazilərə faktiki, eyni zamanda praktiki cəhətdən yaxşı bələd idi. Bizim döyüşlərdə iştirak etmiş bir çox əsgər və zabitlərimiz bu coğrafiyada ilk dəfə idi ki, vuruşurdu. Qarşımızdakı ordu isə bu yerləri daha yaxşı tanıyırdı. Ermənistan pulsuz əldə etdiyi texnika və hərbi sursatlar hesabına təminatlı orduya malik olsa da, ordumuzun onlara qarşı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri və “Zərbə” dronlarının zərbələrindən qaçmaq mümkün olmadı.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövr ərzində inkişaf etdirilmiş, müasir standartlara cavab verən silah və artilleriya, eyni zamanda müxtəlif qoşun növləri ilə təchiz olunan ordumuz düşmən ordusunun önünə peşəkarcasına çıxmışdı. Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu bütün istehkamları uğurla yararaq irəliləyən Ordumuzun qəhrəman əsgərləri öz missiyasını da ləyaqətlə yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə, dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv edib işğaldan azad etdilər. Baxmayaraq ki, tarixi qələbəmiz döyüş meydanında əldə edildi, lakin beynəlxalq platformalarda danışıqların aparılması, uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması da bu işdə öz səmərəsini verdi. Beləliklə, biz müharibəni döyüş meydanı ilə yanaşı, həm də siyasi arenada qazandıq. Azərbaycan 44 günlük Vətən müharibəsində istəyinə nail oldu. Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”. Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmadıq. Sübut etdik ki, Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir. Cənab İlham Əliyev açıq bəyan etmişdi ki: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə çəkilməyəcək”. Elə də oldu. Azərbaycan Vətən müharibəsini böyük zəfər və tarixi qələbə ilə başa vurdu. “Dəmir yumruq” əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Şıxbağı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi – Turanə Həsənli

       

 

Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat.

30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı.Ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi qalacaq. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.Azərbaycanın gücü qarşısında məğlubiyyətə uğradığını açıq-aydın görən Ermənistanın son nəticədə havadarlarına bağladığı ümidlər də puç oldu. Düşmən son 30 ildə düşünürdü ki, “xilaskar”ları daim onun yanında olacaq, onunla birgə döyüşəcək. Lakin 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Silahlı Qüvvələrimiz parlaq qələbə qazandı və tarixi ədalət bərpa olundu. “Dəmir Yumruq” və “Qarabağ Azərbaycandır” kimi məşhur ifadələri 2020-ci ildən bu günə qədər təsirləndirici gücə sahibdir. Bu şanlı 44 günlük zəfərlə bağlı yüz illər keçəndən sonra tarixi, bədii kitablar yazılacaq. Çünki bu qələbə Azərbaycan xalqının haqqını, Azərbaycan ordusunun qəhrəmanlığını, ölkəmizin iqtisadi gücünü göstərdi.

Zərdab şəhər 2 nömrəli tam orta məktəbin müəllimi- Xəlilli Aytac

Şərhlər

Şərh yazılmayıb.