Huquqaz.com

Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu

25.07.2023
2.074
Media Forumunun qlobal  miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu

Media Forumunun qlobal  miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən  Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi  fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində  daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra  sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə  həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın  dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar  əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan  Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirdi ki,  sülh müqaviləsinin imzalanmasına nail olsaq,   Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq.  İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan,  həm də Ermənistan iqtisadiyyatı üçün  daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu. Dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il  Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə  bu tədbirdə iştirak etməyib. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır

Dövlət başçısı İlham Əliyev Azərbaycanın informasiya blokadasının yarılmasında  mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Ölkə Prezidenti “Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq” fikirləri  mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir.

Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın  şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində  nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə  mərhələsinin tələbləri fərqlidir. Burada  Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox  maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında  bu çağırışı etdi ki, bu gün  yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir.  Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara  tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

Tövsiyələrə gəldikdə dövlət başçısı İlham Əliyev Azərbaycan mediasının müstəqilliyinin  cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu qeyd etdi. Onu da bildirdi ki, mediada sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Dövlət başçısının tövsiyəsi bu oldu ki,  belə də davam edin.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Şuşa Qlobal Media Forumu bu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq

Cənab Prezident İlham Əliyev Şuşada keçirilənmedia forumda Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Lakin 49 ölkənin 150 media nümayəndəsinin  Şuşada bir araya gəlməsinin tamamilə fərqli özəlliyi vardır. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq bu sayda  media nümayəndəsinin  mədəniyyət paytaxtımız Şuşada toplaşaraq həqiqətlərimizi bu məkandan eşitmələri, ən əsası Şuşanın timsalında  ermənilərin digər işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər barədə aydın təsəvvürə malik olmaları təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsi üçün böyük imkandır. Dövlət başçısı İlham Əliyev yerli və xarici media nümayəndələrini maraqlandıran sualları  cavablandırmaqla yaradılan bu imkanı daha da zənginləşdirdi.  Azərbaycanın, eyni zamanda, regionun  bugünü və gələcəyi ilə bağlı  müəyyənləşdirilən  model təqdim edildi.

İyulun 22-də öz işini sessiyalarla davam etdirən  Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi. Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki,  dövlət başçısı İlham Əliyevin hər bir fikri gələcək üçün bir ideya, istiqamətdir. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu  tələbləri yerinə yetirəcək,  qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Şuşa Qlobal Media Forumu bu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyev hədəflərə çatmaq üçün yol xəritəsini təqdim etdi və bu fikri diqqətə çatdırdı ki, biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Şuşada keçirilən Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək möhtəşəm çıxışı ilə yadda qaldı

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı. İştirakçıların sayı və nüfuzu bu beynəlxalq tədbirin önəmindən xəbər verirdi.

Şuşada keçirilən Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək möhtəşəm çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşada keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı.

Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət başçısının çıxışında Ermənistan və havadarlarına ismarıclar da vardı və onlar bundan nəticə çıxarmalıdırlar. Prezident həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlığını ünvanladı. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək.

Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran İlham Əliyev öncə forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Şuşa  işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi

Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır” söyləyən dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı.

İyulun 22-də öz işini sessiyalarla davam etdirən Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi. Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, dövlət başçısı İlham Əliyevin hər bir fikri gələcək üçün bir ideya, istiqamətdir. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq.

Prezident İlham Əliyev müasir dövrün strateji baxış bucağına sahib lideri kimi danışır və təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün atılması zəruru olan addımları açıqlayır, ortaq hədəfləri nişan verir. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı münasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir.

Azərbaycan Liderinin Şuşada keçirilən forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Şuşa Qlobal Media Forumu Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatı oldu

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi.  Həmçinin Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatıldı. İştirakçıların, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı.  Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək.

Malik Həsənov qeyd edib ki, sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq. Cənab İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.”

Forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək: “Belə ki, tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.”

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Keçirilən beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi mövzu, həm də məkan baxımından xüsusi diqqət çəkir

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Forumda Prezident İlham Əliyev çıxış etdi və iştirakçıların suallarını cavablandırdı.

Məlumdur ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdır. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi.

Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi mövzu, həm də məkan baxımından xüsusi diqqət çəkir. Nəzərə alsaq ki, Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, bu halda müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin bu məkanda bir araya gəlməsi, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Forumda çıxışı və iştirakçıların suallarını cavablandırması olduqca əhəmiyyətli hadisədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olan bu Forumda cənab İlham Əliyev həm ölkə daxilində, həm də xaricində baş verən hadisələr, dövrün çağırışları, Azərbaycanın hədəfləri, gələcəyi ilə bağlı  faktlara söykənərək ətraflı məlumat verdi. Şuşa Qlobal Media Forumunda “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır” söyləyən dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı. Təbii ki, birinci amil olaraq ölkəmizdə sabitlik, birlik, həmrəylik mövcuddur. Cənab  İlham Əliyevin qeyd etdiyi kimi, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir. Ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə  olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən müdafiə gücümüzün artırılması prioritet məsələ kimi öndə saxlanıldı

Torpaqlarımız 30 il işğal altında qaldı. Amma xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahibinə qayıdacaq. Artıq iki ildən çoxdur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir.

Cənab İlham Əliyev postmünaqişə dövrünün reallıqları fonunda  bu çağırışı da etdi ki, əlbəttə,  ayıq olmalıyıq,  keçmişimizi unutmamalıyıq: “Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq.”

Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən müdafiə gücümüzün artırılması prioritet məsələ kimi öndə saxlanıldı. Atılan addımlara, eyni zamanda, son iki ildən artıq dövrdə ermənilərin törətdikləri təxribatların qarşısının rəşadətli Ordumuz tərəfindən dəfələrlə qətiyyətlə alınmasına rəğmən bu fikri böyük əminliklə qeyd edə bilərik ki, bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü, qüdrətlidir. Qlobal Media Forumda “Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, buna, əlbəttə ki, ehtiyac var: “O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir.”

Reallıq budur ki, beynəlxalq hüquq işləmir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür: “Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik.”

Qısa təhlil bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında və iştirakçıların suallarına cavabda səsləndirdiyi hər bir fikir gələcəyə çağırışdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Dövlətimizin başçısının çıxışında Ermənistan və havadarlarına ismarışlar da vardı və onlar bundan mütləq nəticə çıxarmalıdırlar

İyulun 21-də mədəniyyət paytaxtımız Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumuna ev sahibliyi etdi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Forum Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı rolu vurğulandı, həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Prezident İlham Əliyevin Qlobal Media Forumunda çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Forumun məhz Şuşada keçirilməsi və Azərbaycan Prezidentinin bu mötəbər tədbirdən verdiyi mesajlar diqqət cəlb edir. Dövlətimizin başçısı ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşmasını nümayiş etdirdi, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair fikirlərini səsləndirdi.

Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezident İlham Əliyevin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısının çıxışında Ermənistan və havadarlarına ismarışlar da vardı və onlar bundan mütləq nəticə çıxarmalıdırlar. Prezident, həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlıq etdi. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bildirildi ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edərsə, ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür.

Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev öncə Forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər. Amma Şuşa işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi. Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Doğma şəhəri dağıtmırlar, qururlar, inkişaf etdirirlər.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Şuşa Qlobal Media Forumu şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı

Arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəzifə məhz medianın üzərinə düşüb və bunu biz həm də media diplomatiyası adlandıra bilərik. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni dördüncü sənaye inqilabının astanasındadır. Adına texnoloji inkişaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur.

Dördüncü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən strategiya axtarışındadırlar. Yeni şərtlər qaydasız, təxminən meydanda oyun şərtlərini bilmədən, imkanlara tam bələd olmadan oynamağa oxşayır. Günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır və bu gün cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarında yeni məhsullardır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə durur. Yeni media şərtlərinin ciddi ziddiyyətlər gətirdiyi sahə isə heç şübhəsiz qlobal təhlükəsizlik sistemidir.

Bu ziddiyyətlərlə mübarizə üçün beynəlxalq münasibətlər sahəsində yeni şərtlərə uyğun fəaliyyət göstərməklə formalaşan regional və qlobal şəbəkələr həm də risklərə qarşı immunitetləri formalaşdırmaqdadırlar. Heç şübhəsiz ki, bu immunitetlər qlobal təhlükəsizliyə bir töhfədir. Bu qədər geniş və faydalı məlumatlı keçən iki günlük Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın 50 ölkəsindən 150 media subyekti və 200-dən çox aparıcı ekspertlərın iştirakını Forumdan sonra platforma formatında fəaliyyət göstərməsi kimi regionlararası və qlobal təhlükəsizlikdə mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bir imkan kimi dəyərləndirmək lazımdır.

Forum çərçivəsində dünyanın əlli ölkəsindən media və televiziya idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gündür media haqqında danışsaq da hər sözün, hər fikrin qayəsi Azərbaycan, Qarabağ oldu. Şübhəsiz ki, forumun kulminasiyası Azərbaycan Prezidentinin çıxışı idi. Prezident İlham Əliyevin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı, ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.