Huquqaz.com

İlin ilk altı ayı səmərəli keçib

13.07.2023
2.229
İlin ilk altı ayı səmərəli keçib

İlin ilk altı ayı səmərəli keçib.

Cənab Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışında qeyd etdiyi kimi ilin ilk altı səmərəli keçib. Ötən dövr ərzində qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artmış, qeyri-neft sənayesi 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artmışdır.  İlin birinci yarısında dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Bu gün Azərbaycanın büdcəsi 36 milyard manatdan çoxdur. BudaAzərbaycanın həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsində həmdə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinin aparılmasına  təkan verir. Bundan başqa ölkə başçısının qeyd etdiyi kimi makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.Bu gün Qarabağ və Şərqi Zəngəzurda abadlıq quqruculuq işləri sürətlə aparılır.Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir.Bütün bu əldə edilmiş uğurlar ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-  Əvəz Soltanov                   

 

 

Nəqliyyat sektoruna tələbat daha da artır.

Azərbaycandan keçən dəhlizlərin funksionallığına və ölkəmizin tranzit imkanlarına çox yüksəkdir. Məlum olduğu kimi, öz iqtisadiyyatında ağırlıq mərkəzini tədricən qeyri-neft sektoruna transformasiya etməyi hədəfləyən Azərbaycan tranzit imkanlarını genişləndirməyi prioritet hədəflərdən biri kimi müəyənləşdirib. Qeyd edək ki, respublikamızda böyük gəlir potensialına malik tranzit daşımaları üçün bütün şərtlər var. O cümlədən əlverişli coğrafi mövqeyə, uzunmüddətli daxili sabitliyə, quru və su sərhədlərinə malik olması, qonşularla yaxşı münasibətlər qurması, dünyada müsbət imic qazanması Azərbaycana tranzit imkanlarını genişləndirmək üçün böyük üstünlüklər qazandırır. Ölkəmiz bu üstünlüklərdən bəhrələnməklə nəqliyyat sektorunu qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi inkişaf etdirməyi və özünün gəlir imkanlarını artırmağı hədəfləyib. Son illərdə hüquqi bazanın ardıcıl şəkildə möhkəmləndirilməsi, idarəetmədə çevikliyin artırılması, yeni institusional təsisatların yaradılması, eləcə də praktiki müstəvidə ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin funksionallığının artırılmasına hesablanan tədbirlərin görülməsi sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-tranzit hablarından birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, hazırda Avrasiyanın əsas tranzit yolları məhz Azərbaycanda kəsişir. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi sayəsində bəhs olunan dövrdə Şimal-Cənub və Şərq-Qərb beynəlxalq marşrutlarına inteqrasiya olunan bir neçə mühüm, böyük investisiya tutumuna malik nəqliyyat-logistika layihələrini uğurla reallaşdırmağa nail olub. Respublikamızın təşəbbüsü və moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa bağlantıdır. Yeni dəmir yolu xətti yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirərək Xəzər sahilində ən böyük liman inşa etməyə nail olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Ələt İqtisadi Zonasının yaradılması isə ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsinə əlavə impuls verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar fonunda özünün strateji maraqlarının ədalətli şəkildə təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir. O cümlədən respublikamız uzun illər ərzində blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların açılmasına israr edir. Prezident İlham Əliyev bəhs olunan marşrutu Zəngəzur dəhlizi adlandırıb və bu, artıq beynəlxalq səviyyədə qəbul olunan terminə çevrilib. Dövlət başçımızın bildirdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Yeni dəhlizin önəmi yalnız Naxçıvanla ölkəmizin əsas hissəsi arasında bağlantı yaradılması ilə məhdudlaşmır. Bu, eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi və region dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından da böyük aktuallıq daşıyır. Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Yeni dəhlizin açılması ilə Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, qonşu və daha geniş coğrafiyada olan dövlətlər də Zəngəzur dəhlizindən bəhrələnə biləcəklər.

 Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaş- Ehtiram Osmanov

 

 

 “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir.

Yeni yataqların kəşfi, görülən işlər nəticəsində Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Bütün bu nailiyyətlər bir daha ondan xəbər verir ki, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da qeyd edək ki, bu nailiyyyətlərin əldə edilməsində, xüsusən də əsas kontraktların hazırlanmasında, imzalanmasında 9 il Neft şirkətində rəhbər vəzifədə çalışmış cənab Prezident İlham Əliyevin də böyük əməyi olmuşdur.  “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Ilkin proqnoza görə bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək.  Yataqda 100 milyon ton kondensatın olması isə neft hasilatını və ixracını sabit saxlamağa imkan verirTəqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.Ən uğurlu layihələrdən olan TANAP, TAP qaz xətləri vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır. Cənab Prezidentin qeyd etdiyi kimi “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir neçə il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.   “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır. Bu da Azərbaycanın dünyada imicinin artmasına bir daha xidmət edir.

 Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaş- Bahar Qurbanova

 

 

Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır.

Bildiymiz kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Bəli, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Azərbaycan Prezidenti Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da “dəmir yumruq” yenidən işə düşməlidir.

Bir sözlə, Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

Pünhan İsbəndiyarlı- Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur

Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir: Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirə olunmazdır. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün Ordumuz daha da güclü olmalıdır.

Rasim Hüseynov–Zərdab rayonu Hüseynxanlı kənd sakini, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.