Huquqaz.com

Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır

13.07.2023
2.222
Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır

Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Qeyri–neft sənayesinin ənənəvi istehsal sahələrinin  inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətəqabiləyyətli yeni istehsal sahələrinin yaradılması da hər zaman prioritet olmuşdur. Ölkənin qeyri–neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunmalı, ixrac yönümlü qeyri–neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdirilməlidir. Qeyri–neft sənayesinin inkişafı və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilir, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssissəlirinin istehsal gücünün artırılması və yeni belə müəssilərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Respublikamız öz müstəqilliyini əldə etdikdən qısa bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə yeni iqtisadi model formalaşdırılmasına başlanmışdır. Müstəqilliyin ilk illərində iqtisadi sahələr arasında əsasən diqqətin neft sektoruna yönəldilməsi bu sahənin digər sahələrə nisbətdə daha üstün səviyyədə inkişaf etməsinə şərait yaratmışdır. Nəticədə neft amilinin rolu artmış, bu sahəyə yatırılan investisiyaların həcmi böyümüşdür. Bununla yanaşı, neft sektorunda olan inkişaf iqtisadiyyatın digər sahələrinə də təsir göstərmiş, dövlətin qeyri-neft sektoruna təsir etmə imkanlarını daha da genişləndirmişdir. Lakin, neftin bərpa olunmayan resurs olması və son dövrlərdə dünya neft bazarında neftin qiymətində olan dəyişikliklər qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini açıq şəkildə göstərmişdir. Son illərdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi uğrunda sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələ olaraq qalmaqdadır. Hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır.

Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşısına qoymuşdur. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın inkişafında diversifikasiya (şaxələnmə) tələb edir. Bu baxımdan dövlətin qarşısında duran mühüm məsələlərdən biri diversifikasiya proseslərinin sürətləndirilməsidir. Ayrı-ayrı regionların inkişaf etdirilməsi də bu sahədə mühüm mövqedə dayanır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Həmçinin, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi qeyri-neft sektorunun inkişafını vacib edir.

Beləliklə, söyləyə bilərik ki, qeyri-neft sektorunun inkişafı ölkəmizin milli-iqtisadi təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rola malikdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçımız Regionda baş verən hadisələr, Azərbaycanın aktiv nəqliyyat siyasəti, müasir infrastruktur layihələrinin icrası Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə barədə çıxış etmişdir. Hər il bu dəhlizlərdən keçən yüklərin həcmi artmaqdadır. Lakin iqtisadi siyasətin hədəfi təkcə yüklərin ölkəmiz ərazisindən keçməsi deyil, həm də biznesin bu imkanlardan daha çox yaralanmasını təmin etməkdir. Görüşdə dövlət başçısı iqtisadi siyasətin bu hədəfini bir daha bəyan etdi. Məhz nəqliyyat imkanlarının istehsal və xidmət sahələrinə tranformasiya olunması, bu unikal şansdan biznesin yaralanması ölkə iqtisadiyyatına daha çox fayda verə bilər.

Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar” – dövlət başçısının bu tapşırığı Azərbaycan iqtisadiyyatının yeni imkanlara hazırlanmasını təmin edəcəkdir. Bu imkanlara həm yük daşımalarına xidmət etmək, həm xidmət sektorunda cəlbedici təkliflər irəli sürmək, həm də istehsal və yarı-istehsal sahələri yaratmaqla bu dəhlizlərdən daha çox faydalanmaq imkanları aiddir.

Əminik ki, hazırlanacaq təkliflər biznes strukturlarının dövlət başçısının fədakarlıqla yaratdığı və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizi imkanlarından daha çox yararlanmasına səbəb olacaqdır. Nəqliyyat dəhlizlərinin əksər rayonlardan keçməsi bu imkanın regionların inkişafına mühüm töhfə verməsinə səbəb ola bilər.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur

Ölkə başçımız  cənab İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətin Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması olduğunu bildirdi.

Göründüyü kimi məskunlaşma və Böyük Qayıdış proqramı işğaldan olunmuş ərazilərimizdə uğurla icra olunur. Çünki infrastrukturun formalaşması Böyük qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçirilir. Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Nəqliyyat və logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə və kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur da müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi bir daha göstərir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin.

Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır. Azərbaycanın haqq işinə dəstək olan ölkələr də bu prosesdə iştirak edirlər. Təbii ki, Azərbaycan şirkətləri də bu prosesdə fəallıq nümayiş etdirirlər, infrastruktur layihələrinin formalaşmasında və icrasında yaxından iştirak edirlər.

Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

Şərhlər

Şərh yazılmayıb.