Huquqaz.com

Zərdab Gənclər Evininin “N” saylı hərbi hissədə möhtəşəm konserti baş tutdu-FOTO

24.06.2023
1.403
Zərdab Gənclər Evininin “N” saylı hərbi hissədə möhtəşəm konserti baş tutdu-FOTO
Zərdab Gənclər Evinin təşkilatçılığı, Zərdab rayon İcra Hakimiyyətinin və “N” saylı hərbi hissənin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyev ili çərçivəsində, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə, “N” saylı hərbi hissədə “Ordu xalqa, Xalq Orduya məxsusdur” adlı musiqili konsert proqramı keçirilmişdir.
”Xəbəraz” xəbər verir ki, konsert proqramında, Zərdab Gənclər Evinin direktoru Jalə Kərimli, Zərdab Gənclər Evinin əməkdaşları və könüllüləri, “N” saylı hərbi hissənin şəxsi heyəti, Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri, Xalq və Ordu arasında bağlılığın bariz nümunəsi olan “Vətən” müharibəsi Şəhidlərinin ailələri iştirak etmişdir.
İlk olaraq, Ümummilli Lider Heydər Əliyev və Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə, Zərdab Gənclər Evinin direktoru Jalə Kərimli və “N” saylı hərbi hissənin komandiri çıxış edərək, 26 iyun – Silahlı Qüvvələr Günü, həmçinin ordu və xalq birliyi haqqında məlumatlar vermişlər. Konsert proqramı, müxtəlif rəqs nümunələri və ifalarla həmçinin istedadlı əsgərlərin musiqi alətlərində və solo ifaları ilə davam etmişdir. Sonda Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək, Zərdab Gənclər Evinə uğurlu konsert proqramı üçün təşəkkür bildirmiş, “N” saylı hərbi hissənin şəxsi heyəti isə Zərdab Gənclər Evinin kollektivinə Fəxri Fərman təqdim etmişdir.
Zərdab Gənclər Evi olaraq bu möhtəşəm konsert proqramının ərsəyə gəlməsində Zərdab rayon İcra Hakimiyyətinə, “N” saylı hərbi hissəsinin şəxsi heyətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə öz təşəkkürlərimizi bildiririk.
Şərhlər

Şərh yazılmayıb.