Huquqaz.com

Zərdab Cüdoçularının yeni il şənliyi təşkil olunub-FOTO

29.12.2022
1.621
Zərdab Cüdoçularının yeni il şənliyi təşkil olunub-FOTO
Zərdab rayonunda fəaliyyət göstərən, Vətən müharibəsi şəhidi, Qarabağ ordenli, mayor Rəhim Hüseynovun adını daşıyan Cüdo idman növü üzrə bölmənin təşəbbüsü və Zərdab Rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə yeni il şənliyi təşkil olunub.
Qanunla.Az xəbər verir ki, tədbiri Cüdo idman növü üzrə bölmənin məşqçi müəllimi Faiq Nuriyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov və idarənin rəis müavini Əvəz Soltanov il ərzində idman sahəsi üzrə həyat keçirilmiş tədbirlərdən, idmançılarımızın zona və respublika birincilik və çempionatlarında iştirakından və əldə olunmuş nailiyyətlərdən bəhs ediblər.
Daha sonra Cüdo idman növü üzrə bölmənin idmançılarının iştirakı ilə nümunəvi çıxışlar, idman oyunları, intellektual yarış və müsabiqələr təşkil olunub, müxtəlif rəqs nömrələri ilə tədbir davam etdirilib.
image-322710384_1190303408546699_6120733663572793015_nimage-320931813_1295101881332405_1298134005752194783_nimage-322902867_1149969122555222_4634295564446393463_nimage-323000338_565487544999023_7978743793196852318_nimage-322397939_1548992288930407_185044862204656118_nimage-322407249_1403614640444821_5129198280710706650_nimage-320962355_919810615849214_2372273498285334694_nimage-322576221_943673746597731_1095883612748604052_nimage-322391695_460836772721838_5216948514534676111_nimage-322596254_383240787357212_4771440677738484429_nimage-323002506_1339691703451573_6667841213843904833_nimage-322978888_1231126437477969_1680874235925106153_nimage-320983770_1215221489376421_3039213696762469079_nimage-320914022_567809555190075_153858836587124481_n
Şərhlər

Şərh yazılmayıb.