Huquqaz.com

Siyasi dialoq siyasi islahatların başlanğıcı kimi

07.03.2023
1.968
Siyasi dialoq siyasi islahatların başlanğıcı kimi

Siyasi dialoq siyasi islahatların başlanğıcı kimi

Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Növbəti mərhələdə bu parlament öz çoxpartiyalı tərkibi ilə demokratik prinsiplər əsasında siyasi islahatlara da öz mühüm töhfəsini verməlidir.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.

Dövlət siyasi partiyalararası dialoqu siyasi islahatların mühüm elementi kimi qiymətləndirir. Prezident Administrasiyasında müxtəlif partiya rəhbərləri ilə görüşlərin keçirilməsi insiativi məhz bu yanaşmanın ifadəsidir.

Beləliklə, dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır və bu yeni modeldə Milli Məclisdən də gözləntilər var: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.