Azad edilmiş torpaqlarda 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir.
Azərbaycanın işğal altında qalan ərazilərində bütün sahələrdə olduğu kimi enerji sahəsidə ciddi ziyan çəkmişdir.Belə ki, düşmən tərfindən bütün infrastruktur obyektləri, enerji xətləri oğurlanaraq satılmış bu sahə tamamilə sıradan çıxmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildikdən sonra bütün sahələrdə olduğu kimi bu ərazilərdə enerji sahəsindədə yenidənqurma və abadlıq işlərinə start verilmişdir. Ötən iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmış və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaqdır. Bundan başqa Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verirki o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır bu da hidroenergetika sahəsindədə daha böyük addımlar atmasına səbəb olacaqdır. Bu gün istər enerji istərsədə digər sahələrdə əldə olunmuş uğurlu nəticələr əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə ölkə başçısı cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin nəticəsidir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov
Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq
Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi enerji sahəsindədə uğurlu addımlar atılmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə bu gün Azərbaycan nəinki özünü qonşu və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə verməkdədir. Hələ 20-ci əsrin sonlarında – Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşduş.Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Cənab prezident İlham Əliyevin qayğısı ilə 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamış,qısa müddət ərzində iki il ərzində 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir. 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında cənab prezident İlham Əliyevində təməlqoyma mərasimində iştirak etdiyi təxminən 1300 meqavat gücündə olan stansiya Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olmaqla yüzlərlə yeni iş yerləri yaranmasına və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəməsinə eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atmasına səbəb olacaqdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir. Qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərməkdədir. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Strateji hədəflər isə daha böyükdür və regionun gələcəyi ilə bağlı dövlət başçısının aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib: “Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.”
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova
Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə – xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilmişdir. Təhlillər bu ərazilərdə külək enerjisi potensialının 2000 MVt ətrafında olmasını göstərir. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı, istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur
1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün “Energetik günü” kimi qeyd edilir.
Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq
Hazırda qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərərə vurmadan ödənilməsi ən aktual olması məsələlərdəndir. Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik dövlətlərdən olsa da yeni çağırışlara uyğun olaraq hazırda dövlətimizin qarşısında duran prioritet istiqamətlərdən biri də bərpaolunan enerjiyə sürətli keçiddir. Buna ölkəmizdə bərpaolunan enerji potensialının olduqca yüksək olması geniş imkanlar yaradır. Azərbaycan ötən illər ərzində bu sahədə apardığı uğurlu siyasət sayəsində ölkədaxili enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etmişdir. Azərbaycanda bərpaolunan enerji ilə bağlı böyük potensial var və ölkənin unikal iqlimə malik olması “yaşıl enerji”nin əldə edilməsi üçün böyük imkanlar açır. “Yaşıl enerji” yə keçid kimi xarakterizə olunan qlobal enerji siyasəti öz aktuallğını getdikcə artırır. Bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə “yaşıl enerjiyə” keçid isə öz növbəsində dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərinə çatmağı sürətləndirir. Göründüyü kimi, Azərbaycan Avropanın enerji sahəsində etibarlı tərəfdaşına çevrildiyi kimi, yaxın perspektivdə “yaşıl enerji” sahəsində də qitədə əsas ixracatçı ölkələrdən biri olacaq. Azərbaycan “yaşıl enerji” ixracatçısına çevriləcək.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.
Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib. Ümummili liderin 1993-cü ildə xalqın istək və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlandı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən Ulu Öndərin diqqət və qayğısı sayəsində respublikamızda elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Bu səbəbdən də Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji kursu bu gün uğurla həyata keçirən Prezident cənab İlham Əliyevin respublikamızın enerji təhlükəsizliyinin təminatındakı xidmətləri isə göz önündədir. Dövlət başçısının daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib, mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi geniş vüsət alıb. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılıb. Bu gün Azərbaycanın ən ucqar dağ kəndlərinə çəkilən elektrik xətlərinin hər bir evə nur paylaması deyilənlərin təsdiqidir. Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edib, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olub. Ölkəmizdə də alternativ üsullarla enerji alınması üçün kifayət qədər əlverişli mühit var. Prezident cənab İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilən Azərbaycan davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan ölkəmizin adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi qürurvericidir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Məleykə Hümbətova
Şərh yazılmayıb.