Huquqaz.com

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

17.10.2022
2.314
ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

Prezidentimiz cənab İlham Əliyev bir daha oktyabrın 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında konkret ifadələrlə ortaya qoydu: “Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir.” Dövlətimizin başçısı bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.”

ATƏT-in Minsk qrupunun işğal dövründə dəfələrlə şahidi olduğu erməni cinayətlərinə səssiz qalıbı, bu faktın özünün də tam ciddiliyi ilə nəzərə alnmasının vacib məsələdir. Ermənistan İkinci Qarabağ müharibəsi başa çatandan sonra da ölkəmizə qarşı mina və snayper terrorunu davam etdirir. Ötən iki il ərzində Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Azad edilmiş ərazilərdə indiyədək Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. İşğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın təmsilçiləri dəfələrlə işğal olunmuş ərazilərimizdə olublar və erməni vandallarının bu ərazilərdə törətdikləri vəhşilikləri də öz gözləri ilə görüblər. Lakin Fransa heç zaman bütün bunlara görə Ermənistanı qınamayıb. Bu fakt Minsk qrupunun həmin dövrdə işğal altında olan ərazilərə səfər edən missiyaların eynilə minalanma proseslərinin də şahid ola biləcəklərinə dair əsaslı şübhələr yaradır. Azərbaycan və Ermənistan arasında münasibətlərə əslində heç bir aidiyyəti olmayan Fransanın dövlət başçısının bugünkü mövqeyi, xüsusən də bu mövqeyin işğalçı, terrorçu bir ölkənin yanında formalaşması da bu şübhələri bir qədər də gücləndirir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.