Huquqaz.com

Ruslan Əliyev Siyəzəndə qazlaşdırılma işləri ilə tanış olub –VİDEO

17.09.2022
1.668
Ruslan Əliyev Siyəzəndə qazlaşdırılma işləri ilə tanış olub –VİDEO

Baş direktor regionlarda qazlaşdırılma işlərini yaxından izləyib

“Qazlaşdırılma işi ölkə başçısının Azərbaycan vətəndaşına sosial dəstəyidir. Biz də SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq bu işdə vasitəçiyik. Sizlər şərəfli işi icra edirsiniz. Ona görə də mən sizə təşəkkür edirəm.”

Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Siyəzən rayonuna səfəri zamanı Birlik əməkdaşları ilə görüşü zamanı bildirib. Birlik rəhbəri səfər çərçivəsində rayonun Balaca Həmyə kəndində qazlaşdırılma işləri ilə tanış olub. Baş direktora sözügedən kənddə işlərin artıq yekunlaşdığı ilə bağlı məlumat verilib. Ruslan Əliyev, həmçinin kənd sakinləri ilə də görüş keçirib. Ünvanlanan müraciətlərin dərhal icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Daha sonra bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Baş direktor Xızı rayonunun Giləzi qəsəbəsində yeni yaşayış massivinin qazlaşdırılması işləri ilə də tanış olub. Son tamamlanma işləri gedən massivdə 2400 m uzunluğunda çəkilən küçə qaz xətti 20 fərdi yaşayış evinin mavi yanacaqla təmin olunmasına xidmət edəcək. Ruslan Əliyev görüş zamanı bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Şərhlər

Şərh yazılmayıb.