YAP Saatlı rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib-FOTO
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatında Saatlı rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.
Qanunla.Az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat vermişdir.
Elşən Əzizov bildirdi ki, Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çox yüksək səviyyədə və uğurla icra edilib, hazırda da icra edilməkdədir. Daha sonra bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verərək bildirib ki, YAP regionun ən böyük partiyasıdır. O, bu seçkilərdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş üzvlərə uğurlar arzu edib və qeyd edib ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.
Sonra Elşən Əzizov namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələri bildirib.
Görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı tərəfindən irəli sürülmüş Mirələm Ağayev, Sənan Mütəllimov və Firuzə Əliyeva çıxış edərək cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən danışıblar. Onlar bu ilki bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyasının qalib gələcəyinə inandıqlarını ürəkdən ifadə ediblər.
Şərh yazılmayıb.