Huquqaz.com

2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq

20.12.2024
3.259
2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq

2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib. Həmin müsahibədə Prezident İlham Əliyev hazırki dövrün reallıqları fonunda diqqəti tarixi zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.

Bu gün geosiyasi vəziyyət bunu tələb edir. Belə ki, qərbin ölkəmizə qarşı qərəzli mövqeyi göz qabağındadır. Qərbdə siyasi qüvvələr ermənilərdən də daha çox erməni olmağı qarşısına məqsəd qoyaraq bölgədə uzunmüddətli sülhə maneçilik törədir və müharibə təhlükəsi yaradırlar.

Amma onlar unudurlar ki, Azərbaycan artıq 20-ci əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan bu gün qüdrətli dövlət olaraq idarəsi etibarlı əllərdədir. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar hər zaman Azərbaycanla olacaq.

Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru

 

 

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.

Cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində aktual məsələlərə bir daha aydınlıq gətirib. Müsahibəsində Makron hökümətinin qərəzli mövqeyindən bəhs etmiş bildirmişdir ki “Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”

Azərbaycan və Rusiya münasibətlərindən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.