Huquqaz.com

Aşotun mamasına salam göndərdi işindən oldu – Keçmiş hərbiçidən ŞİKAYƏT

12.07.2024
2.215
Aşotun mamasına salam göndərdi işindən oldu – Keçmiş hərbiçidən ŞİKAYƏT

“Aşotun mamasına salam göndərdiyimə görə məni işdən çıxardılar”

DogruXeber.az” bildirir ki, bu sözləri keçmiş hərbiçi, vətən müharibəsi iştirakçısı Gəncə şəhər sakini Əliyev Elsevər Əliyəddin oğlu “Kanal14” YouTube kanalının canlı efirində yayımlanan “Kamalın zamanı” proqramında deyib.

Ətraflı videoda:

Bu qürurverici xatirələr uşaqdan böyüyə hər kəsin yaddaşında o, qədər fərəhli iz buraxıb ki, hələ də xatırladıqca üzlərdə qeyri-ixtiyari təbəssüm yaranır. Mahnı oxuyan oğullar, tutduqları düşmən əsrlərinin dilindən doğulduğu rayona salam göndərənlər, “dəymədi, dəymədi” deyə düşmən atəşinə lağ eliyənlər və sair fərəhlə izlədiyimiz, sosial şəbəkələrdə qürurla paylaşdığımız görüntülər idi.

Çox təəssüflə əlavə edək ki, bu qürurverici görüntülərin bəziləri də gözümüzün yaşı oldu. Şəhid oğullar sinəmizdə dağ oldular.

Allah rəhmət eləsin cəmi şəhidlərimizə !

Qaldı ki, Elsevər Əliyevin “hərbiyə yararsız” adı ilə işdən çıxarılmasının (özünün iddiasına görə) əsl səbəbi olan görüntülərə, bu barədə fikri oxucularımıza buraxırıq.

Qeyd edək ki, Elsevər Əliyevin müraciəti ilə bağlı tərəfimizdən aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi sorğular hazırlanıb.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.