Huquqaz.com

Razı olan, narazı qalan sahibkarlar “Açıq mikrofon”da-FOTO

30.11.2023
1.415
Razı olan, narazı qalan sahibkarlar “Açıq mikrofon”da-FOTO

SOCAR-ın “Azəriqaz” İB tərəfindən keçirilən “Açıq mikrofon” aksiyası Şəmkir rayonunda baş tutub.

Qanunla.Az xəbər verir ki,əliyaqublu kəndində sahibkarlar üçün təşkil olunan “Səyyar qəbul otağı”nı giriş sözü ilə Şəmkir RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi mikrofon önünə çıxıb. Hər zaman kiçik və orta sahibkarlara dəstəyin göstərildiyini və bundan sonra da bu missiyanın davam etdiriləcəyi vurğulanıb. Daha sonra növbə sahibkarlara çatıb. Qaz təchizatında çətinliklə üzləşən sahinkarlar narazılıq, əksini yaşayanlar isə razılıq edərək minnətdarlıqlarını ifadə ediblər. Narazılıqlar isə debitor borcun araşdırılması və fərdi qaydada qaz xətlərinin çəkilməsi ilə qaz sayğaclarının quraşdırılmasından ibarət olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan problemlərin aidiyyəti üzrə yönləndiriləcəyini bildirərək lazımi qeydiyyatlarını aparıblar.

image-99fb8ff5-76fe-450d-981c-208efb563ff8image-9283ffd5-366d-4843-a647-96f343e07babimage-a1050c9c-01f1-4947-a94e-2a8b723d918aimage-38c04da0-a2f5-457e-b95c-10d4f132fe64image-25f03ef2-88bf-4f17-aa49-a42e29f95971

Şərhlər

Şərh yazılmayıb.