Huquqaz.com

İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir

27.11.2023
1.721
İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir

İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir.

Bu günlərdə Bakı yenə də nüfuzlu beynəlxalq tədbirə qucaq açdı. Söhbət Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündən gedir.

“SPECA-nın yaradılmasının 25- ci ildönümünün Bakıda keçirilməsi və Azərbaycanın bu təşkilata sədrlik etməsi ölkəmizin beynəixalq aləmdə artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Dövlət başçımızın dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı hər kəsdə əminlik yaradır. Təşkilat yarandığı gündən indiyədək üzv ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. SPECA-ya üzv dövlətlərin Zirvə görüşü isə ilk dəfə idi ki, keçirilirdi. Zirvə görüşünün keçirilməsinin də təşəbbüskarı Azərbaycan olmuşdur. Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin bu təşəbbüsü dəstəkləmələri ölkəmizə və onun başçısna olan inam və etimadın bariz nümunsidir”.

Prezident vurğuladı ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət almasına baxmayaraq, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Dövlətimzin başçısı bildirdi ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Məsələn, Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz.

Görüşün sonunda Bakı Bəyannaməsi qəbul edilib. SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürün öz əksini tapması Zirvə görüşünün yüksək səviyyədə keçməsindən xəbər verir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir.

Beynəlxalq tədbirlərin təşkilatçısı və humanitar təşəbbüslərlə dünyada tanınan Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sədri olaraq proqrama üzv dövlətlərin prezidentləri ilə növbəti dəfə görüş təşkil olundu. Məhz SPECA-nın sədri olaraq bu təşkilatın yaranmasının 25-ci il dönümü münasibətilə Bakı şəhərində təşkil olunan tədbirdə gündəliyə uyğun olaraq vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Məhz Azərbaycanın sədr olaraq uğurlu idarəetməyə verdiyi töhfə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək, Təşkilatın Baş Assambleyası tərəfindən qətnamə qəbul edildi. Habelə, bu qətnamə ilə bərabər SPECA-nın da BMT-nin himayəsi altında Etimad Fondu təsis olundu və humanitar təşəbbüslərin məkanı olan rəsmi Bakı Fonda pul köçürülməsini təmin edərək, növbəti dəfə əməkdaşlıq münasibətlərinə verdiyi dəyəri nümayiş etdirdi.

SPECA-nın yaranmasından 25 il kimi keçən müddət ərzində həm regionda həm də dünyada müxtəlif hadisələrin yaşanması ilə şərtləndi. Məhz Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünəni bu gününü şərh edərəcək, gələcəkdəki hədəflərin anonsunu verdi. Ölkəmiz üçün bu gün əsas prioritet məsələlərdən biri də, Ermənistanın uzun illər işğalda saxladığı, viran qoyduğu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzurun abadlaşdırılmasıdır. Qəbul olunmuş “Böyük Qayıdış” konsepsiyasına əsasən işğaldan azad olunmuş ərazilərdə şəhərlər, kəndlər yenidən qurulur. Uzun illər məcburi köçkün həyatı yaşamış həmvətənlilərimiz öz evlərinə geri dönürlər.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz.

Hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönələn Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Azərbaycan artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. Xüsusilə Vətən müharibəsində tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında öz sözünü deyir. Bunun üçün təkcə son aylarda Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına xidmət edən qarşılıqlı səfərlərə, ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaratdığını və Zirvə görüşündəki çıxışında “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir. Azərbaycan sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Dövlət başçısı İlham Əliyevin Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

Uğurlu əməkdaşlıq formatları

Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Burada o da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər olduqca böyük perspektivlər vəd edib. Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Mərkəzi Asiya ölkələri də bunu nəzərə alırlar.  Elə bu fonda da Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesi yeni vüsət alır. Ölkələrimiz artıq vahid geosiyasi, iqtisadi, mədəni məkan yarada biliblər. Məsələ burasındadır ki, hazırda geosiyasi rəqabətin kəskinləşdiyi və dünya düzəninin formalaşdığı indiki dövrdə planetin müxtəlif regionlarında gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.  Bunu türk dünyası da nəzərə alır. Bundan irəli gələrək qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi də ön planda yer alır. Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır. Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat, logistika sahəsinin formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirməyə şərait yaradır və ölkə ərazisinə yükdaşımaların artırılmasını şərtləndirir. Digər tərəfdən, Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı–Tiflis–Qars  dəmir yolunun müasirləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Reallaşdırılan tədbirlərin nəticəsidir ki, 2024-cü ildə bu yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artacağı proqnozlaşdırılır. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Mərkəzi Asoya ölkələri bununla Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən dünya bazarına daha çox məhsul ixrac etmək, Orta Dəhlzin imkanlarından geniş şəkildə yararlanmaq imkanı qazanırlar. Nəticədə  Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı daha sıx birləşdirir. Dünyanın sabit məkanları sırasında yer alan  Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin sıx inteqrasiyası onların inkişafı üçün yeni mərhələlər açır. Həm də bu onunla şərtlənir ki, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri başqalarının diqtəsi ilə hərəkət etməyən müstəqil subyektlərdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

 

Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır.

2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Deklarasiyası ilə yaradılmışdır. Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstandır. UNECE və ESCAP SPECA-nın Proqram çərçivəsində fəaliyyətlərinə birgə ümumi dəstək verirlər. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir. Bu il SPECA-nın yaradılmasının 25-ci ildönümüdür. İlk dəfə olaraq Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin zirvə görüşü keçirilmişdir. Bakıda keçirilən Zirvə görüşündə Proqrama üzv dövlətlərin dövlət və hökumət başçıları ilə yanaşı Gürcüstan və Macarıstanın hökumət başçıları və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak etmişdir.Cənab Prezidentin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında da qeyd etdiyi kimi dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət almasına baxmayaraq, bu gün SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Bu gün Azərbaycan və SPECA-ya üzv olan digər dövlətlər istər bir-birləri, istərsə də digər dövlətlərlə qurduqları əlaqələrdə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər çərçivəsində bərabərtərəfli əməkdaşlıq əlaqələri qururlar.

Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə əməkdaşlıqda etibarlı partnyor olmaqla yanaşı üzv olduğu və ya qoşulduğu təşkilatların işinə müxtəlif istiqamətlərdə töhvə vermişdir. Məhz bu məqsədə xidmət edən daha bir nümunə kimiAzərbaycan tərəfindən BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna dəstək məqsədilə 3,5 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının nəzərdə tutulmasını göstərə bilərik. Aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub.Bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan regionda davamlı olaraq beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir ki,son olaraq yüksək səviyyədə keçirilənZirvə görüşü də bu qəbildən olan növbəti tədbirlərdəndir. Bu,Cənab Prezident İlham Əliyevin Azərbaycanın regional və beynəlxalq səviyyədə imicinin qaldırılmasına xidmət edən planlı siyasətinin daha bir parlaq göstəricisiolmaqla Azərbaycanın beynəlxalq arenada nüfuzunun, ona olan yüksək etimadın nəticəsidir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.