Huquqaz.com

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir

07.07.2023
2.236
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub. Həmin tarixdən başlayaraq təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyinə başladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Azərbaycan rəhbərlik etdiyi dövrdə fəaliyyətini uğurla davam etdirdi. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edildi. Azərbaycanın bu istiqamətdə fəallığı və gördüyü işlər nəzərə alınaraq keçən il Azərbaycanın təşkilata sədrliyi daha bir ildə uzadıldı. Bu müddətdə Azərbaycan Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail oldu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir.

Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir. Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ölkəmizin Qarabağ və digər məsələlərlə bağlı mövqeyini dəstəkləyərək onun yanında olublar. Haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı.

2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.

Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır. Həmin ölkələrin başında Fransa durur: “Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda sülhün bərqərar olmasına mane olmalı deyil”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir

5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü barədə çox danışılacaq, çox müzakirə mövzusu olacaq. Ölkə xaricində fəaliyyət göstərən kiv-lərə də nəzər saldıqda Qoşulmama Hərəkatı, orda səslənən fikirlərin müzakirə mövzusu olduğunu aydın görmək olur.

Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.

Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır.

Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq.

BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

İtirilmiş torpaqlarını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri alan Müzəffər Ordumuz bizə qalib ölkə olmaq qürurunu yaşatdıqdan sonra rəsmi Bakı ev sahibliyi etdiyi tədbirlərdə hər zaman digər işğala məruz qalan dövlərlərin də azadlığına qovuşması yolunda lazımi addımlar atır, bəyanatlar səsləndirir. Belə dövlərlər Afrikada daha çoxdur, təəssüf ki, onların müstəqilliyinə mane olmağa çalışan dövlərlər özlərini demokratik hesab edir, başqa dövlətlərin haqq işinə mane olmağa çalışırlar.

İşğalçı hegemon dövlətlərdən fərqli olaraq Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Təəssüf ki, bir sıra dövlətlər hələ də neokolonializmi davam etdirir

Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.

Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik.

Riyakarlıq və ikili standartların təzahürü Fransada aydın görünür.

Günlər öncə Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib.

Cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında qeyd etdiyi kimi, biz Niderland kralının fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini dəstəkləyir

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.

Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır.

Riyakarlıq və ikili standartların təzahürü olan Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bütün bunlar obyektiv siyasi həqiqətdir. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır. Fransanın Azərbaycanla bağlı məkrli planları fiaskoya uğrayır. Ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl xarici və daxili siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə davam edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.

Yaxın illərdə Qoşulmama Hərəkatının işğaldan azad edilmiş, cənnət-məkana dönmüş ərazilərdə keçirilməsinə şahidlik edəcəyik. Qarşıdakı yolumumuz uzun, məsuliyyətli və qürurvericidir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Dövlət başçısı bütün mötəbər tribunalardan olduğu kimi, Qoşulmama Hərəkatı platformasından da postmünaqişə reallıqları, sülh prosesi kontekstində Azərbaycanın dəyişməz mövqeyini bir daha qətiyyətlə ifadə etdi

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı vacib və aktual məsələlərdən bəhs etdi. Dövlət başçısı beynəlxalq münasibətlərdə yeni geosiyasi meyillər, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi və digər məsələlər haqqında önəmli məqamlara toxundu, problemlərdən, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı.

Dövlət başçısı bütün mötəbər tribunalardan olduğu kimi, Qoşulmama Hərəkatı platformasından da postmünaqişə reallıqları, sülh prosesi kontekstində Azərbaycanın dəyişməz mövqeyini bir daha qətiyyətlə ifadə etdi. Cənab İlham Əliyev vurğuladı ki, 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu: “İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”. Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə tarixi ədalət dərsi verib. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb;

Müzəffər Ali Baş Komandan Azərbaycanın prinsipial yanaşmasını bir daha ortaya qoyaraq “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir” ,- deyə vurğuladı. Beləliklə, cənab Prezident həm Ermənistana, həm revanşistlərə və separatçılara, həm də onları dəstəkləyən bəzi qüvvələrə açıq mesaj verdi, bütün zəruri addımların atılacağını bəyan etdi. Ümumiyyətlə, Azərbaycan bu zamana qədər həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə nümayiş etdirib ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq. Ən əsası, sülh və təhlükəsizlik üçün şərtimiz bəllidir: əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ bölgəsindəki erməni separatçıları tərk-silah edilməlidir;

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan Prezidentinin toxunduğu vacib məsələlərdən biri də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir

Torpaqlarımızın işğaldan azad olunması xalqımızla yanaşı, ölkəmizin dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə qarşılandı. Lakin Ermənistanın döyüş meydanında darmadağın edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi narahatlıq yaradıb. Bu gün həmin qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilmədiklərini, buna görə də müxtəlif qanunsuz addımlar atdıqlarını görürük. İyrənc və antibəşəri əməlləri – qanlı müstəmləkə keçmişi və irtica siyasəti ilə fərqlənən Fransanın qərəzli mövqeyi bunun bariz nümunəsidir. Erməni lobbisinin siyasi əsirinə çevrilən və separatçıları dəstəkləyən Makron kimilər özlərini “haqq-ədalət tərəfdarı” kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar? Bu sualın cavabı Fransanın ermənipərəst mövqeyində gizlidir. Bu ölkə bir daha obyektiv olmadığını, Ermənistanın maraqlarını müdafiə etdiyini, işğala, təcavüzə, terrora dəstək verdiyini nümayiş etdirir. Bu isə təkcə bölgəmizdə deyil, həm də dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır, beynəlxalq hüquqa hörmətsizlik nümunəsi kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır;

Azərbaycan Prezidentinin toxunduğu vacib məsələlərdən biri də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir. Cənab Prezident vurğuladı ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır: “Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”. Həqiqətən də, tolerantlıq nümunəsi olan Azərbaycan multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə qlobal sülh və inteqrasiya prosesinə vacib töhfələr verir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər xüsusi müzakirə obyektinə çevrilir. Bütün bunlar isə beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Ən əsası, biz islamofobiya və ksenofobiya kimi neqativ təzahürlərə qarşı barışmaz mövqedə dururuq. Və milli maraqlara dair bütün məsələlərdə mövqeyimiz dəyişməzdir!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ölkə Prezidenti İlham Əliyevin  uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Prezident İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.

Qoşulmama Hərəkatına üzv olduğu müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində burada böyük nüfuz və etimad qazanmışdır. 2011-ci ildən üzvü olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmlərdə isə ölkəmiz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə dünyanı cənginə almış Pandemiya ilə mübarizədə digər üzv ölkələrlə həmrəylik göstərmiş və obyektiv mövqe sərgiləyərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı dünyanın diqqət mərkəzindədir. Görüş zamanı Prezident İlham Əliyev bildirmişdir ki, “multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır. Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. ”

Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin  uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Qlobal çağırışların düzgün cavablandırılmasının yolları açıqlandı

İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna işıq saldı. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə quruma sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı dövrə təsadüf edir, bu halda irəli sürdüyü təşəbbüslərin uğurlu nəticələrindən danışmamaq mümkünsüzdür. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək COVİD-19-un qlobal problem olduğunu və bunun üçün qlobal mübarizənin aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi və koronavirusla birgə mübarizənin sonrakı dövrlərdə müsbət nəticələri diqqətdən kənarda qalmadı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.

Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də 2021-ci və 2022-ci qurumun Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləri sırasındadır. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda qurumun qadınlar platformasının yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Azərbaycan, həmçinin postpandemiya dövrü haqqında düşünməli oldu. Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı, ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Cənab İlham Əliyev görüşdə öncə dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri, həmçinin çıxış yollarını açıqladı

Azərbaycan yenidən formalaşan dünya nizamında Qoşulmama Hərəkatının nüfuzunu artırmaq, söz sahibliyini təmin etmək üçün mühüm addımları və çağırışları ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin  Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı hazırda dünya mətbuatında geniş şərh olunmaqdadır. Cənab İlham Əliyev öncə dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri, həmçinin çıxış yollarını açıqladı. Bu reallıq bir daha vurğulandı ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərzilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi yer alsa da, ölkəmiz  28 il bu qətnamələrin icrasını gözlədi: “Qənamələrin icrası üçün vahid mexanizmin olmaması münaqişələrin həlli prosesinin uzanmasına, ümumilikdə dünyada etimad mühitinə öz mənfi təsirini göstərir. Bu isə təsdiqləyir ki, dünya ədalət və beynəlxalq hüquq problemini yaşayır.”

Hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünün mühüm hadisələri sırasında 2020-ci ildə tarixi Zəfərə imza atmağımızı xüsusi qeyd etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Qələbəmiz beynəlxalq hüququn və ədalətin zəfəridir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan hazırda bir sıra mühüm çağırışlarla üz-üzədir. Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü hazırkı dövrün əsas çağırışlarının və gələcəkdə atılması vacib olan addımların müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Quruma sədrliyi dövründə üzv ölkələrin birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə nail olan dövlət başçısı İlham Əliyevin gələcəklə bağlı təklif və təşəbbüslərinə dəstək Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında yeri və rolunun aydın mənzərəsini yaradır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan qlobal həmrəyliyə böyük önəm verir

Hər bir beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi məkan və müzakirəyə çıxardığı məsələlər baxımından diqqətdə olur. Hazırkı dövrün yeni çağırışlarının fonunda keçirilən tədbirlərə diqqət yetirdikdə Azərbaycanın önəmi daha aydın görünür. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın tarixi Zəfəri  yeni reallıqların yaranmasını, dünya nizamının yenidən formalaşdırılmasını şərtləndirdi.  İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə də məhz bu yeniliklərə, hazırkı dövrün çağırışlarının düzgün dəyərləndirilməsi üçün müəyyənləşdirilən addımlara bir daha diqqət yetirildi, Azərbaycanın quruma sədrliyi dövründə gördüyü işlərin, qəbul etdiyi qərarların  hansı uğurlara yol açdığı  açıqlandı. Ölkəmizin Qoşulmama Hərəkata sədrliyinin ilk illəri COVİD-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Azərbaycanın hər bir addımı Qoşulmama Hərəkatının dünya siyasətində rolunun  artmasında böyük əhəmiyyət kəsb edir.

Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə  ev sahibliyi edərkən dövlət başçısı  İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi: “Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Azərbaycan hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa əsaslandığını dünyaya nümayiş etdirdi. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyanın diqqətində oldu.  Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə, həmçinin işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığımı bildirdi.  2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları xüsusi qeyd edildi.”

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəlirik.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.