Huquqaz.com

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

19.06.2023
2.090
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir. Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır. Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı cənab İlham Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur.

Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.

Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi.

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Enerji sektorunu iki ölkə arasında perspektiv əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirmək mümkündür. Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Pakistanın isə bu sahədə sıxıntıları var. Bu ölkə enerji tələbatının ödənilməsində böyük dərəcədə idxala bağlıdır.

Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Leyla Əliyeva

 

 

Ciddi siyasi dəstək.

Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi.

Oxşar problemlə Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident cənab İlham Əliyev Azərbaycanın öz növbəsində bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Azərbaycan ilə Pakistan arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir. Bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır.

Pakistanın Baş naziri mənəvi dəstəyə görə dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edib: “Təşəkkür edirəm Sizə, cənab Prezident, Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq. Orada hər cür pozuntular baş veribdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri hətta o dərəcədə kobud şəkildə pozulmuşdu ki, vaxtilə – ötən əsrin 50-ci illərində cənab Nehru öz parlamentində söz vermişdi ki, Hindistan öz vədlərinə əməl edəcəkdir. Amma təkcə o vəd deyil, ondan sonra bir sıra öhdəliklər tarixin zibilliyinə göndərilmişdir. Onların törətdiyi vəhşilik minlərlə kəşmirli bacı-qardaşımızın həyatına son qoymuşdur, onlar şəhid olmuşdur. Hətta iki-üç yaşlı uşaqlar belə qətlə yetirilmişdir. Hər gün həmin ərazidə mülki insanların cəsədlərini görmək mümkündür”.

Dost ölkənin yüksəksəviyyəli rəsmisi Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar aparılmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Ermənistanla gələcək münasibətlərinə diqqət çəkən Baş nazir deyib: “Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur

Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.

Ənənəyə uyğun olaraq Pakistan İslam Respublikasının rəsmisi bu dəfə də Bakıda əziz qonaq kimi qarşılanıb. Prezident cənab İlham Əliyev Baş nazirin ölkəmizə səfərindən məmnunluq ifadə edib: “Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.

Dost Pakistan İslam Respublikasının Baş nazirinin özü də Azərbaycanda əziz, həmişə gözlənilən qonaq kimi qarşılanmasından və paytaxt Bakıda gördüklərindən vəcdə gəldiyini gizlətməyib. O, ölkəmizin, Bakının inkişafının, ilk andan müşahidə etdiyi müsbət dəyişikliklərin onu sözün yaxşı mənasında təəccübləndirdiyini və onda xoş təəssüratlar oyatdığını səmimiyyətlə dilə gətirib. O, paytaxtımızın təcrübəsini öz ölkəsində də tətbiq etmək istəyini bildirib. Prezident cənab İlham Əliyevə xitab edən Baş nazir deyib: “Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib”.

Səfər çərçivəsində keçirilən tədbirlərdə və mətbuata verilən bəyanatlarda bu gün paytaxt Bakıda və respublikamızın bölgələrində Pakistan İslam Respublikasının bayrağının asılmasına xüsusi vurğu edilib. “Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal  Rəhimov

 

 

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi.

Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur. Bu münasibətlərin dərin tarixi, mədəni və dini kökləri vardır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Diqqətəlayiq haldır ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini gücləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Birmənalı olaraq demək lazımdır ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycana etdiyi rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə növbəti böyük töhfələr verəcək.

Azərbaycan ilə Pakistan arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir: “Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 15-də mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Həm də bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır. Azərbaycan xalqı da 44 günlük müharibə dövründə bizimlə bir yerdə məhz Türkiyə və Pakistanın olduğunu, hər iki ölkənin müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini çox gözəl bilir. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Təsadüfi deyil ki, Bakının müxtəlif yerlərində hələ İkinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqları bu gün də öz yerlərində dalğalanır.

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi barədə razılığın əldə olunmasını mühüm əhəmiyyət kəsb edən amil olduğunu qeyd etmək lazımdır.  Öz bəyanatında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Əlbəttə ki, əməkdaşlığın xüsusilə enerji sahəsində böyük perspektivləri vardır. Həm də bu perspektivlər istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində kifayət qədər cəlbedicidir. Eyni zamanda unutmaq olmaz ki, bu gün məhz müdafiə sənayesi sahəsi də ən vacib istiqamətlərdən biridir. Bu xüsusda cənab Prezident cənab İlham Əliyev bəyan etdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilib və buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün əsas qarantıdır. Torpaqları 30 il ərzində erməni işğalı altında qalmış Azərbaycan bunu çox yaxşı bilir. İllər sürən danışıqlar heç bir nəticə vermədi. Yalnız dövlətin hərbi gücü və Azərbaycan Ordusunun əzmi ölkənin ərazi bütövlüyünü bərpa etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Önəmli amil.

Azərbaycan-Pakistan   əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir.  Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib.  Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən  BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də  əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları,  ədalətin, beynəlxalq hüququn  hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır.

Pakistanın Baş naziri   Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı cənab İlham Əliyev ilə keçirilən təkbətək və geniş  tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda  münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Bildirildi ki, artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Ölkələrimiz arasına həm də təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları  biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var.

Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib.

Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Pakistan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi kimi, Azərbaycan Respublikası da Kəşmir probleminin həlli ilə bağlı bu ölkənin atdığı addımları dəstəklədiyini dəfələrlə bəyan edib. Prezident cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan-Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib. Cari ilin 15 iyununda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri, aparılan danışıqların nəticələri bir daha göstərdi ki, Azərbaycan dost ölkə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda maraqlıdır. Daim bizim yanımızda olan, dəstəyini əsirgəməyən qardaş ölkə ilə münasibətlərdən məmnun olan ölkə başçısı cənab İlham Əliyev iki qardaş xalqın bundan sonra da bütün sahələrdə əmkdaşlıq edəcəyini, hər bir məsələdə bir-birinə dəstək verəcəyini bildirən bəyanatla çıxış etdi. Ölkə başçısı qeyd etdi ki, “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.”
Qeyd edək ki, Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib.
Dövlət başçımız cənab ilham Əliyevin bəyanatından çıxan nəticə budur ki, ölkələrimiz arasında müdafiə sənayesi, təhsil, enerji sahəsində ciddi əməkdaşlıq perspektivləri var və hər iki ölkənin rəhbərliyi bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər. Cənab Prezident indiki şəraitdə müdafiə qabiliyyətinin yüksəldimləsinin, müttəfiqliyin önəmli olduğunu vurğulayaraq bildimişdir: “Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.

Məlum olduğu kimi, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi dəvət etmiş və Baş nazir Azərbaycana rəsmi səfər etmişdir. Səfərin yekunları ilə bağlı ölkə rəhbərləri mətbuata bəyanatlara çıxış ediblər.

Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Azərbaycanla düşmən mövqeyində duran Ermənistanı indiyə qədər suveren dövlət kimi tanımır. Sadəcə rəhbərlər deyil, Azərbaycan xalqının da böyük bir qismi bu qardaşlığı dəstəkləyir. Biz bunu 2- ci Qarabağ müharibəsindən bəri Bakının müxtəlif yerlərindən asılmış Pakistan bayraqlarında görə bilərik.

Pakistan hər zaman Azərbaycanla olan qardaşlığını daim sürdürmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2016-cı ilin aprel döyüşləri zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir.

Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçıları səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

Göründüyü kimi son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli  

 

 

Ciddi siyasi dəstək.

Xatırladaq ki, Azərbaycan Kəş­mir məsələsində Pakistanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda daim dəstəkləyib və bu gün də dəstəkləməkdədir. Prezident cənab İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə mətbuata verdiyi açıqlamada bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulamışdır.

Bakı-İslamabad əlaqələri siyasi müstəvi ilə bərabər, həm də xalqlar arasında qarşılıqlı sevgi və ehtiram xarakterinə malik nadir qlobal təcrübələrdən biridir. Dövlət başçısı Pakistanın Qarabağ məsələsində daim ölkəmizə ciddi siyasi-diplomatik dəstək verdiyini, bu dəstəyin 44 günlük Vətən müharibəsində də özünü hiss etdirdiyinə toxunub. Azərbaycan xalqı 44 günlük savaşdakı qələbəmizdə Pakistanın beynəlxalq səviyyədə verdiyi siyasi dəstəyi və qlobal arenada tutduğu prinsipial mövqeni yüksək qiymətləndirib, paytaxtdan bölgələrə qədər Pakistan bayraqları daim ehtiramla dalğalandırılıb.

Türkiyə ilə yanaşı, Pakistanın da ölkəmizin maraqlarını qətiyyətlə müda­fiə etməsi, bu kontekstdə dünya birli­yinə açıq mesajlar ünvanlaması Ermə­nistanın havadarları üçün də çəkindirici amil oldu. Erməni faşizminin himayə­darları bu mesajlar sayəsində anladılar ki, Azərbaycan tək deyil və onun mü­dafiəsinə hazır olan güclü dövlətlər var.

Azərbaycan Qarabağ, Pakistan isə Kəşmir məsələsində haqlı olduğunu hələ illər öncə inkaredilməz faktlar­la bütün dünyaya sübut edib. Hər iki qardaş dövlət göstərib ki, onlar haqq, ədalət işi uğrunda mübarizə aparmaq­dadır. Bu baxımdan həm Azərbaycanı, həm də Pakistanı eyni cəbhənin silah­daşları adlandırmaq mümkündür.

Hər iki dövlət rəhbərinin 15 iyun tarixində mətbuata verdiyi bəyanatlar göstərdi ki, yaxın gələcəkdə bu əmək­daşlığın daha da genişlənməsi nəzər­də tutulur.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

 

Birgə ticarətin həcmi artacaqdır.

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir.

Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.

Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ticarət Pakistanla tərəfdaşlığın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər də səmərəli əməkdaşlıq istiqamətlərininin müəyyənləşdirilməsində və konkret layihələrin icrasında əhəmiyyətli rol oynayır.

Ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Bildirilib ki, Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı və bu sahədə investisiyaların təşviqi üçün geniş imkanlar var.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

Şərhlər

Şərh yazılmayıb.