Huquqaz.com

1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır

14.06.2023
1.869
1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid  yaradan bütün amillər ölkəmizdə yaşanmışdır

1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid  yaradan bütün amillər ölkəmizdə yaşanmışdır.

Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə aparıb. Azərbaycanın zəngin dövlətçilik tarixi var. 1991-ci ildə SSRİ məkanında yeni müstəqil dövlətlərin yaranması prosesi gedirdi və bu proses Azərbaycanı da əhatə etdi. Bir sözlə,XX əsrin  90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı çox gərgin idi. Azərbaycan cəmiyyətində ziddiyyətli proseslər baş verirdi. Xalq bilirdi ki, öz müqəddaratını yalnız özü həll edə bilər.

Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən daha ağırdır. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.. Beləliklə, bu dövrdə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Gözəl guşələrimiz Şuşa, Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi.   1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı.Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

Yeganə çıxış yolu

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı son həddinə çatmışdır. Təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

1993-cü ilin ortalarında baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, şəxsi düşüncələrini və fikirlərini irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummili Lider Heydər Əliyevin simasında görürdü.

Xalqın ən çətin günündə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük  təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu yükünü cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dəfə ictimai-siyasi sabitlik yarandı.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

Xalqımızı nicata aparan yol

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri  tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.                          Bu gün milli qurtuluşun təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü hər daim göstərir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirməkdir. Azərbaycan xalqı bu prinsipə Ümummilli Liderin iradəsi sayəsində reallığa çatdı. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev  tərəfindən müəyyənləşdirilən siyasi kurs və Cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin  adı ilə bağlıdır.

Azərbaycanın müasir siyasi sistemi dahi şəxsiyyət, siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur.

Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir: Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.

Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilib. Bunun nəticəsində, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrildi.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Tarix neçə-neçə dahi şəxsiyyətlər yetişdirib.. O şəxsiyyətlər ki,əsas məqsədi vətəni, xalqı xilas etmək  olur. Azərbaycanın dövlət müstəqilliyi ölkədə hakimiyyətsizliyin, siyasi-iqtisadi böhranın baş götürdüyü bir vaxtda müdrik şəxsiyyət olan Heydər Əliyev sevdiyi Azərbaycanı qorumaq üçün bütün imkanlardan istifadə etdi. Azərbaycan xalqının puç olan ümidlərini canlandıraraq xalqı birlik və həmrəyliyə dəvət etdi.Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı ilə başladı. Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə qızıl hərflərlə yazıldı
1993-cü ilin mayında ölkədə hakimiyyətsizlik baş alıb gedirdi. Neçə illər ərzində Azərbaycanın nail olduğu müstəqilliyin itirilməsi təhlükəsi ilə xalq qarşı-qarşıya qalmışdır. Belə bir gərgin anda 4 iyun Gəncədə baş vermiş silahlı qarşıdurma vəziyyəti daha da çətinləşdirdi. Müsavat hakimiyyəti vəziyyəti sakitləşdirməyə çalışsa da, ictimai təhlükəsizliyi təmin etmək gücündə deyildilər. Böhranların artdığı bir dövrdə özbaşınalıq vardı.
O dövrdə Naxçıvan MR Ali Məclisinin sədri Ümummilli Lider Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı gözləyən fəlakəti hiss edirdi. Narahatçılıq içində olan xalq çıxış yolu axtarırdı. 9 iyun Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyevin gəlişi Azərbaycan xalqı üçün ümid oldu.

İyunun 15-də keçirilən Ali Sovetinin sessiyasında açıqlama verən Ulu Öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar gərginliklərə son qoyacaq. İyunun 15-də keçirilən sessiyada Ulu Öndərin söylədiyi «Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyavi-bəşəri dəyərlərin hamısından istifadə etməliyik» sözləri gələcək yola atılan ilk imza oldu. Həmin gündən Azərbaycanın müstəqillik tarixinə «15 iyun – Milli Qurtuluş Günü» kimi yazıldı.
Ümummili Lider Heydər Əliyevin  səsvermə nəticəsində Ali Sovetinin sədri seçilməsi ilə müstəqilliyimizin təməli, bu günki müstəqil Azərbaycanın əsası qoyuldu.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Müstəqilliyimizin memarı

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsində baş vermişdir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələritəmin olundu.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələnÜmummilli Lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi sayəsində Azərbaycan dövlət müstəqilliyini itirməsi təhlükəsindən qurtuldu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədidir!

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü  reallıqların bünövrəsidir

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış siyasi və güclü  fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ölkədə dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olunması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla  həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Hüquqi, demokratik dövlət quruculuğu ilə yanaşı Ulu Öndər eyni zamanda, Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alaraq iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin yeraltı və yerüstü  ehtiyatlarından səmərəli istifadəni reallaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan bəhrələnərək neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmişdir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması buna bariz sübutdur.. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsinə dayanmışdır.

Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.

Beləliklə, 1993-2003-cü illərdə ölkədə sosial, siyasi, iqtisadi, hüquqi sferada görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmiş və dünyada böyük imic qazanmış bir dövlətə çevrilmişdir. Məhz, həmin illərdə görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz daxili və xarici siyasətində müstəqil və inkişaf yönümlü siyasət yürüdərək öz ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzunu yüksəltmiş və geostrateji cəhətdən söz sahibi bir aktora çevrilmişdir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü dərin biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində olmasında idi.

İdarəetmənin ustadı və siyasətin kamil bilicisi olan Ulu Öndər Heydər Əliyev deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən  görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi,  həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.

Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin  nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi.

Bu gün Azərbaycan xalqı Ümummili Lideri ilə fəxr edir və hər zaman dahi şəxsiyyətin əziz xatirəsini qəlbində yaşadır.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Ümummilli Lider Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Cənab  Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi gerçəkliyi dayanır. Azərbaycan xalqı Milli Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla dediyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.
Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı,Cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bütün bunların fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin  siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Ulu Öndərin ideyaları, inkişaf strategiyası Cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun zənginləşdirilir, dövlət başçısının qüdrətli fəaliyyəti ilə ölkəmiz daha da güclənir.

Son dövrdə  danışıqlar masasında prinsipiallıq nümayiş etdirməklə yanaşı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atılmış, dövlət büdcəsində hərbi xərclər hər il dinamik şəkildə artırılmışdır. Bu proses dövlətimizin siyasi prioriteti kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında ötən illərdə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan ölkə rəhbəri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı bu fikri inkişaf etdirərək söyləmişdir ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı  və maliyyə resursları  qələbənin əldə edilməsində xüsusi rol oynamışdır.

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə möhkəm təməl üzərində son illərdə görülən işlərin nəticəsi oldu. Azərbaycan bu illər ərzində ərazi bütövlüyümüzün bərpasına hazırlıq işlərini gördü. Ölkəmizin  30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün 44 günlük Vətən müharibəsi nəticəsində  bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Cənab  Prezident İlham Əliyevin Zəfər zirvəsidir.Həqiqətən də, cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.