Paşinyan: Kəndləri Azərbaycana qaytarmağa hazırıq!
Bizim də işğal olunmuş kəndlərimiz var, Azərbaycan onları qaytarmağa hazırdırsa, biz də hazırıq.
Huquqaz.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində deyib.
“Bizim də işğal olunmuş kəndlərimiz var və kənd təkcə kənd icra hakimiyyətinin binası deyil. Azərbaycan Berkaber (Bibiş), Vazaşen (Laləkənd), Ayqeovit, Paravakar kəndlərini qaytarmağa hazırdırmı? Hazırdırsa, bəli, biz də hazırıq. Amma burada başqa bir sual da var: Tutaq ki, Azərbaycan və ya Ermənistan ordusu bu xəttdə dayanıb və bu xəttdən uzaqlaşmalıdır, biz prinsipcə bununla razılaşırıq, amma uzaqlaşırsa, o zaman harda dayanmalıdır? Bu yer, bu xətt, necə təyin olunur? Deməli, orada sərhəd var və əgər sərhəd varsa, o zaman bu sərhədi götürək və Azərbaycan qoşunları sərhəd xəttinin bu tərəfində, Ermənistan qoşunları isə sərhəd xəttinin digər tərəfində olmasın”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, sülh müqaviləsini elə yazıb imzalamaq lazımdır ki, heç bir uyğunsuzluğa yer qalmasın.
Qeyd edək ki, Azərbaycan Qazaxın 7, Naxçıvanın 1 kəndini tələb edir.
Paşinyanın adını çəkdiyi kəndlərinin Azərbaycan Ordusunun nəzarəti altında olduğu barədə heç bir məlumat yoxdur.
Şərh yazılmayıb.