Huquqaz.com

Ermənilər Laçın yolunda aksiya keçirir

03.05.2023
456
Ermənilər Laçın yolunda aksiya keçirir

Qarabağda bir qrup erməni Laçın-Xankəndi yolunda aksiya keçirir.

Huquqaz.com  xəbər verir ki, ermənilər Laçında sərhəd-keçid məntəqəsinin qurulmasına etiraz edir.

Bildirirlər ki, yol açılmayana qədər oturaq aksiya keçirəcəklər.

Bu “aksiyanın” separatçı rejim tərəfindən təşkil edildiyi bəllidir. Bununla erməni əhalisinin “etiraz” etdiyini və Azərbaycana reinteqrasiyanın əleyhinə olduqlarını göstərmək niyyətindədirlər.

Maraqlı məqam bir qrup erməninin kimin yolunu bağlamasıdır. Azərbaycan postu Laçın yolunun Ermənistanla sərhədin başlanğıc hissəsində qurub. Laçın-Xankəndi yolundan da yalnız ermənilər istifadə edir. Belə görünür ki, ermənilər əslində öz yollarını bağlayıblar.

Şərhlər

Şərh yazılmayıb.