Huquqaz.com

İşgəncə verilən hərbçimiz Ermənistan MTX-yə təhvil verildi

14.04.2023
146
İşgəncə verilən hərbçimiz Ermənistan MTX-yə təhvil verildi

Ermənistan polisi Qafanda saxlanılan azərbaycanlı hərbçi Axundov Hüseyn Əhliman oğlunu Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. 

HUQUQAZ.COM  erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti açıqlayıb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, adıçəkilən hərbçinin işgəncələrə məruz qalması haqqında görüntülər yayılmışdı.

Azərbaycan Ordusunun Ermənistanda saxlanılan digər əsgəri, 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun hazırda harada olması ilə bağlı məlumat verilməyib. Onun da hazırda MTX-də olduğu güman edilir.

Şərhlər

Şərh yazılmayıb.