Huquqaz.com

20 Yanvar faciəsi müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

18.01.2023
1.890
20 Yanvar faciəsi müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali qətlə yetirilmiş, yaralanmışdır. Silahlı qüvvələrin şəhərə soxulub heç bir müqavimət görmədən ağır texnika və məhvedici silahlarla dinc əhaliyə divan tutması xalqımıza qarşı ağır bir cinayət olmuşdur.Əsas  məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, qəzəb və hiddətə səbəb olmuşdur.Bu faciəyə hakim dairələr səssiz qalarkən ilk dəfə olaraq xalqına qarşı törədilən bu cinayətə öz etiraz səsini Ulu öndər Heydər Əliyev qaldırmışdır. Gərgin və təlatümlü bir dövrdə Heydər Əliyev Azərbaycan xalqının qəlbində böyük ağrı oyadan Qara Yanvar qırğını ilə bağlı Moskvada, imperiyanın mərkəzində çıxış etmişdir. Ümummilli lider Moskvada daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi pisləmiş, onu törədənlərin, günahkarların adlarını bütün dünyaya bəyan etmişdir. Xalqın təəsübkeş oğlunun .ətin vəziyyətdə sovet rejimini ifşa etməsi və həqiqətləri dünya ya duyurması böyük bir cəsarət nümunəsi idi.20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə gedən yolunda ən böyük sınaqlarından biri idi və xalqımız bu sınaqdan alnıaçıq çıxmağı bacardı.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

20 yanvar  uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur.

İmperiyanın törətdiyi qanlı hadisə barəsində ilk dəfə ulu öndər Heydər Əliyev dünya ictimaiyyətini məlumatlandırdı. 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.  20 Yanvar gününün “Ümumxalq Hüzn Günü” kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması ulu öndər Heydər Əliyevin adı iləbağlıdır.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidən qurma işləri aparılmış, şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksləri inşa edilmişdir. CənabPrezident  hər il yanvarın 20-də Şəhidlər Xiyabanın ıziyarət edərək “Əbədiməşəl” abidə kompleksinin önünə əkilil qoyur.20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış  günüdür.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-Vəfa Xəlilli

 

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi.

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. O, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezident İlham Əliyev: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Heydər Əliyev Mərkəzinin   Elmi işçisi – Alagöz Namazova

 

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən artıq 33 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.

20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Həmin gün Sovet ordusunun bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndər  Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider  hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim  milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz.  44 günlük müharibə bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Qələbəni qazandı.

Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, həmişə qəlbimizdə yaşayacaq. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-İmanova Xanım

                                                                             

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına.

Bu, Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. Belə ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Həmin günlərdə fövqəladə vəziyyət elan olunanadək törədilmiş cinayətlərdən danışarkən qeyd etmək lazımdır ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 hərbi qulluqçu amansızcasına qətlə yetirildi, 20 nəfəri ölümcül yaraladılar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00.00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.

Həmin günlərdə fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə həmin günlərdə Azərbaycan ərazisində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka külli miqdarda maddi ziyan vurulmuşdu.

Tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın (Nürnberq şəhəri, 1945- 1946-cı illər) qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşlar. Məhz buna görə indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır, lakin buna baxmayaraq, bu cinayəti törədənlər məsuliyyətdən kənarda qaldılar.

Bu gün əminliklə deyə bilərik ki, 20 Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hacızadə Aişə.

 

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi

 20 Yanvar hadisələrini  Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.”

Hər bir xalqın tarixindəki həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri heç vaxt unudulmur, daim hamılıqla xatırlanır. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını, ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamış və qan yaddaşına həkk etmişdir. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkilmişdi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxmışdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli olmuşdu. 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçməsinə baxmayaraq, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır, azadlığa gedən yolun başlanğıcına çevrilmiş bu yolda göstərilən ümummilli qeyrət, iradə və hünərlə öyünür.

20 Yanvara gedən faciəli yol bu yaxınlarda xalqımızın qələbəsi ilə başa çatmış Qarabağ münaqişəsindən başlanmışdı. Getdikcə şiddətlənib qanlı faciələrə və müharibəyə, nəticədə isə Ermənistanın Azərbaycana hərbi təzavüz edərək, ərazilərimizin 20 faizini işğal etməsinə gətirib çıxaran bu münaqişə isə erməni millətçi-separatizminin zaman-zaman xalqımıza qarşı körüklənmiş açıq-gizli fitnələrinin sovet imperiyasının çöküşü ərəfəsində yenidən baş qaldırması demək idi.

Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə o vaxtkı Kreml rəhbərliyi tərəfindən “yaşıl işıq” yandı­rılması, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə ermənipərəst Arkadi Volskinin rəhbərliyi altında DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılma­sı, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağla­ması millətin səbir kasasını daşırmışdı. Həmin il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqın­da” qərar qəbul etməsi, Xankəndində Ermənistan bayrağının dalğalandırması, muxtar vilayətin idarə və müəssisələrinin bütünlüklə Azərbaycanın tabeçiliyindən çıxarılması xalqımızın etiraz dalğasını daha da alovlandırmışdı.

Xalq Cəbhəsi 1989-cu ilin son­larında, 1990-cı ilin ilk günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda etiraz aksiyaları kimi başlayıb, getdikcə azadlıq mübarizəsinə çevrilən ümum­xalq hərəkatının önünə keçmişdi.

Nəhayət, respublikanın milli ma­raqlara zidd addımlar atan o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına cavab olaraq, Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətmişdi.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapda­laya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi qanlı imperiyanın süngüsü ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıl­mışdır – hünərlə və əbədi!

20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir il 9 aydan sonra xalqımız yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yan­varın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azad­lığımız uğrunda şəhid olmuş soydaşla­rımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar.

Hər il yanvarın 20-də Ümumxalq Hüzn Günündə Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siq­nalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Azərbaycan dövlətinin 2020-ci ilin payızında Prezident, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı Vətən müharibəsi – Azərbaycan Ordusunun Qarabağda 44 günlük zəfər yürüşü xalqımızın parlaq qələbəsi ilə nəticələndi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanı ilə qazanılmış bu zəfər ilə 20 Yanvar şəhidlərinin də ruhları şaddır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-İmanova Xanım

                                                                    

Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciyəyə ilk siyasi-hüquqi qiymətini verdi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli”etməsi və bu tarixi ildə 20 yanvar hadisələrinin 33-cü ildönümünü və igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük fəxarət və qururla yad edir.Bəli, bu gün Bakıda Qanlı Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, onun ağrı-acıları bu gün də qəlbimizi göynədir, qırmızı qərənfillərə bürünmüş şəhid cənazələrini çiyinlərində aparan insan seli, izdiham hər zaman gözümüzün önündədir. Bəli, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki dünən baş verib. O gecə Bakı qan içində boğuldu. Azərbaycan 73 il əvvəl olduğu kimi, yenə faciəyə düçar edildi – Xalqımızın haqq səsini boğmaq istəyən o zamankı Kreml rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə – o qanlı şənbə gecəsi imperiya silahlarından əliyalın, silahsız millətimizin üzərinə güllə yağmuru yağdıraraq Bakıda Qanlı Yanvar qırğınını törətdi. Əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi. Müdrik bir məsəl var: “Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar”.Həmin müdhiş yanvar gecəsindən bizi tam 33 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə – yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi. Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqla ölkəni “idarə edirdi.” Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu “Ocaq” kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar.20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü.

20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Hələ hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanatla çıxış etdi. Bunun ardınca 1990-cı ildə o, öz doğma Vətəninə – Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar sədrliyi Heydər Əliyevə həvalə etdilər. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında cəm oldular. Oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərliyi 1991-ci il martın 17-də respublikada SSRİ-nin saxlanması ilə bağlı saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və antimilli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru -KÖNÜL RƏHİMOVA

 

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.

Qan yaddaşımızda əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdı. 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədir. 20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq  günüdür.

20 Yanvar faciəsindən artıq 33 il keçir. 33 il keçsə də, xalqımız heç zaman bu hadisəni unutmayacaq, eyni hüznlə, ehtiramla yad edəcək. Kreml  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün qanlı Yanvar hadisəsini törətdi. Ən acı verici hadisələrdən biridə odur ki , fövqaladə vəziyyət haqqında əhaliyə məlumat verilməmişdi. Bunun nəticəsində şəhid sayısı çox olmuş , faciənin miqyası böyümüşdü. 20 Yanvar faciəsi  müstəqillik , istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş bu hadisələr nəticəsində              Azərbaycanda milli kimliyinin formalaşmasına təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. İl yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

 Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti –Mecidli Cəlal

 

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.

Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti –Mecidli Cəlal

 

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşma

20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. Əməkdar rəssam Arif Ələsgərovun “20 Yanvar” tablosu. rəssam Bayram Qasımxanlının “Faciələrimiz” (triptix), Mikayıl Abdullayevin “Nakamların dəfni”, Rasim Babayevin “Təcavüz”, Arif Hüseynovun “Qara tağlı natürmort”, Arif Ələsgərovun “20 Yanvar”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri həsr olunub. Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi “Bir şərqi de”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar”, Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi “Qana dönən qərənfillər”, Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Şəhidlər ağısı”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı “Ana millət, ata millət, ağlama”, Azər Zeynalovun “Vətən harayı”, Aydın Kərimoğlunun – “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsini, Arif Mirzəyevin “Yanvar passionları” matəm messasını, Oqtay Rəcəbov “Çingiz” oratoriyasını qeyd etmək olar. Azərbaycan kinematoqrafında 20 Yanvar hadisəsinə “Qanlı Yanvar”, “Boz qurdun harayı”, “Azadlığa gedən yollar”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Qanlı Bakı”, “Matəm” filmləri ithaf olunub. Hadisədən sonra Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Qabil, Xəlil Rza, Fikrət Qoca və başqalarının elegiyaları, etiraz ruhlu şeirləri yazılmışdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif dövlət teatrlarında səhnələşdirilib.

20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.

 Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti –Mecidli Cəlal

Şərhlər

Şərh yazılmayıb.