MANŞETÜSTÜSosial

Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib

Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib

Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

Fakttv.com report-a istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

Comment here