ManşetMANŞETÜSTÜ

Zərdabda əkin sahəsində güclü yanğın baş verib

Zərdabda əkin sahəsində güclü yanğın baş verib.

Fakttv.com APA istinadən xəbər verir ki,Zərdabda əkin sahəsində güclü yanğın baş verib.
Bu gün gündüz saatlarında rayonun “32 hektar” adlanan ərazisinə bitişik, biçilmiş taxıl sahəsində başlayan yanğın tez bir zamanda daha geniş ərazini əhatə edib.

Yanğın zamanı Zərdab rayon sakini Zeynab Şamil qızı Hüseynovaya məxsus 200 bağlamadan artıq ot tayası tamamilə yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının miqyasının böyük olması səbəbindən qonşu rayonlardan bir neçə yanğınsöndürən və su maşınları hadisə yerinə cəlb olunub.

Yanğın zamanı 10 hektar biçilmiş taxıl sahəsi, ot bağlamaları və bir neçə ağac yanıb.

 

Yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.

Coşqun

Comment here