GündəmMANŞETÜSTÜ

Zərdab sakini Prezdentlə görüşmək ücün muraciyyət etdi

Zərdabdan şikayət var


RegionXeberleri.com
-a Zərdab rayonu Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən daxil olan ərizə həmçinin şikayətçi tərəfindən ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Fövqəladə Hallar Naziri Kəmalədin Heydərovada ünvanlanıb.Həmin ərizəni olduğu kimi oxucularaın diqqətinə çatdırırıq.

Mən Məmmədov Mehman Məhəmməd oğlu mətbuat vasitəsilə sizlərə bildirirəm ki, 08 iyul 2016-cı ildə  Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Ucar rayonunda keçirdiyi səyyar qəbulunda olmuşam. Cənab nazirlə şəxsən təkbətək görüşüm oldu. Evimin qəzalı vəziyyətdə olmasını cənab nazirə bildirdim. Cənab nazir müavinlərinə və Tikintiyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova evimin tikintisinə lazım olan materiallar və ya da evimin maya dəyərinin hesablanıb maddi köməklik edilməsi barədə şəxsi tapşırıqlar verdi. Bu görüşümüzdən sonra mənim evimi qeydiyyata aldılar. Hətta gəlib ölçü-biçi ilə yanaşı çəkilişlərdə etdilər.Amma bütün bu olanların müqabilində iki-üç aydan sonra FHN-nin əməkdaşı olan soyadını bilmədiyim Rafayıl adlı şəxs bizim evimizə gələrək mənə beş yüz manat təklif etdi ki, Cəbrayıl Xanlarov göndərib ki, cənab nazirin qəbulunda olmusunuz. Mən bu puldan imtina edərək nazirin şəxsi tapşırığına əməl olunmasını tələb tedim. Bundan sonra mənim evimlə heç maraqlanan olamyıb.
Cənab Prezident  himayəmdə xəstə  azyaşlı övladımın xəstəliyi ilə əlaqədar Bakı şəhər xəstəxanasına gedərkən övladımın həkim müayinəsindən sonra 13 aprel 2017-ci ildə FHN-nin Tikintiyə Nəzarət  Agentliyinə getdim. Agentlikdə  rəis Cəbrayıl Xanlarovun iş yerində olmadığını bildirdilər. 14 aprel təkrarən həmin Agentlikdə  eyni senarinin təkrar olduğunun şahidi oldum. Sonda  mən çox çətinliklərdən sonra  Agentliyin rəis müavini Zeynal Tarquliyev adlı şəxsin qəbuluna göndərdilər. Həmin Zeynal Tarquliyev mənə nə üçün gəldiyimi bildikdə təhqiramiz sözlərlə təhqir etdi. O mənim bu hərəkətlərimi utanc əlamətləri hesab edərək Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da ünvanına bəzi sözlər işlədərək və oturuş qaydalarına riayyət etməyərək mənə təhqir və hədələr göndərdi. Bütün bu olanlar barədə cənab prezidentimizin və xanım Mehriban Əliyevaya müraciətlər edəcəyimi və sizlərin qəbuluna düşəcəyimi Zeynal Tarquliyevə bildirdikdə o mənə get kimə və hara müraciət edirsən et məndə özbaşına bu posta gəlməmişəm və heç kimdən də qorxmuram cavabını vermişdir.
Cənab prezident, hörmətli Mehriban xanım Əliyeva xahiş edirəm mənim bu mətbuat vasitəsilə müraciətimə cavab olaraq məni qəbul edəsiniz. Xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətə götürəsiniz və şəxsən məni qəbul edəsiniz.                                                             Cavabınızı gözləyirəm. Əlaqə telefonu: 051-943-69-97

 RegionXeberleri.com

Comment here