ManşetMANŞETÜSTÜ

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Fotolar

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Fotolar

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Foto

Zərdab rayonunun Hüseynxanlı kənd orta məktəbində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Nurəmir Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Fakttv Avropa.infoya istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər şəhid döyüş yolundan və Qarabağda keçirilən hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışıblar.

Qeyd edək ki, Nurəmir Nurəddin oğlu Əliyev Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə tankçı kimi iştirak edib. N.Əliyev 1994-cü ildə ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Cavuş Nurəmir Əliyev Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2011 tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Comment here