ManşetMANŞETÜSTÜ

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Fotolar

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Fotolar

Zərdab rayonunda qəhrəman şəhidimizin xatirəsi anılıb – Fotolar

Zərdab rayonunda 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin doğum günü ilə bağlı tədbir keçirilib.

Fakttv.com Avropa.infoya istinadən  xəbər verir ki, tədbir Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları gizir Nurlan Abdullazadənin döyüş yolundan danışıblar. Çıxışlarda Nurlan Abdullazadənin Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Bu gün 24 yaşı tamam olan şəhidimizin xatirəsinin xalqımız tərəfindən hər zaman xatırlanacağı qeyd olunub.

Tədbirdə Azərbayacan Respublikası Müdafiə Nazirliyinin müşaviri, polkovnik Abdulla Qurbani, Zərdab rayon icra hakimiyyəti başçısının müavini Ramo Hacıyev, gənclər və idman idarəsinin rəisi İlkin Əliyev, təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nurlan Abdullazdə 14 fevral 1994-cü ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Coşqun Abdullayev

Comment here