Cəmiyyət

Zəngilanın tarixi

Zəngilanın tarixi

Zəngilan rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər və e.ə ıv-ıı əsirıərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarəddə mühüm rol oynadığından xəbər verir.
1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsini əldə edən filologiya elimləri namizədi A.Həsənovun tədqiqatlar və araşdırmaları nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl ıv-ıı əsirlərə aiddir.
Rayonun ərazisi müxtəlif dövürlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə qarabağ xanlığının tərkibində idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavedpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavedpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1967-ci ildə Zəngilana şəhər statusu verilir. Həmən vaxt Zəngilan rayonunda bir(1) şəhər, beş(5) qəsəbə, yetmiş doqquz(79) kənd olmuşdur.
Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş , İran İslam respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.
27 sentiyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribata Azərbaycan silahlı qüvvəlləri laiqli cavab verdi. II Qarabağ müharibəsində Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində Azərnaycan silahlı qüvvələrirəfindən işğaldan azad edilmişdir.
QARABAĞ AZƏRBAYCANDIR!

Ağayev Fariz,
Saatlı rayon Ə.Vəliyev adına Dədə Qorqud
kənd tam orta məktəbinin tarix müəllimi

Comment here