Siyasət

Zəngilan Qarabağdır!, Qarabağ Azərbaycandır!

Zəngilan Qarabağdır!, Qarabağ Azərbaycandır!

20 Oktyabrın 2020-ci ildə bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunmasını sevinclə bildirdi. 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılıların sevincini heç bir sözlə ifadə etmək olmur. Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır.
Zəngilan döyüşləri, Azərbaycan Silahlı Qüvvələrinin sərhəd Qoşunları komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan işğaldan azad olundu.
Bütün işğaldan azad olunmuş bölgələr kimi Zəngilanda da işğalın , düşmənin barbarlığının izləri hər addımda görünürdü. Burada daş-daş üstdə qalmayıb, bütün evlər dağılıb, damı, pəncərələri sökülüb, aparılıb, ağacları kəsilib, qəbiristanlıqlar, tarixi abidələr yerlə yeksan edilib, hər yer xarabaya çevrilmişdir.
Müzəffər ordumuz 44 günlük vətən Müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb.
Heç təsadüfü deyil kl, ilk “Ağıllı kənd” layihəsi məhz Zəngilanda həyata keçirildi
Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki, Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Zəngilan işğal olunan sonuncu Azərbaycan rayonu idi

Rayon  strateji cəhətdən çox əlverişli yerdə yerləşir. Rayonun işğaldan azad olunması ilə Cənubi Azərbaycanla olan bütün quru sərhədlərimiz bərpa edilir. Zəngilan Naxçıvanla ən yaxın quru sərhədimiz olan rayonumuzdur. Zəngilanın azad olunması ilə həm də, Zəngəzurla tarixi sərhədimiz bərpa edilir. Rayon qızıl ehtiyatına görə, Kəlbəcərdən sonra ikinci yerdədir. Bundan başqa da Zəngilan çoxlu sərvətlərə malikdir.
Zəngilanın işğaldan azad edilməsi ilə 765 km-lik İran-Azərbaycan sərhədi tam bərpa edildi. Füzuli, Cəbrayıl, Hadrut və digər ərazilərdən sonra indi də Zəngilanın işğaldan azad edilməsi Qarabağın tam azad edilməsi istiqamətində çox mühüm addımdır. Siyasi ekspert Elxan Şahinoğnun dediyinə görə, Zəngilanın işğaldan azad edilməsi həm İranla ticarət dövriyyəsinə, həm də Naxçıvan Muxtar Respublikası ilə daha sız əlaqəyə imkan verəcək. Bundan əlavə, bölgənin təbii zənginlikləri də iqtisadiyyatımız üçün müsbət təsir edəcək. “Zəngilanın azad edilməsi Dağlıq Qarabağdakı qondarma rejimlə İranın birbaşa əlaqəsinin kəsilməsi deməkdir. Artıq bu istiqamətdən gələn bütün qeyri-leqal yardımların qarşısı rahatlıqla alınacaq. Bundan əlavə, regionda dövr edən qara pul və narkotik dövriyyəsi də birdəfəlik yekunlaşa bilər”.
Əslində son günlərin hadisələri və əvvəldən yayılan yarı doğru, yarı şaiyə xəbərlər adamı buna hazırlayırdı. Amma əlbəttə ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini Prezidentin dilindən eşitmək, onun rəsmi təsdiqini görmək başqa bir hissdir. Əlbəttə, bütün Azərbaycan xalqı kimi, mən də çox sevinirəm. Bu gün mənə elə gəlir ki, bizim hamımız cəbrayıllıyıq, zəngilanlıyıq, füzuliliyik, şuşalıyıq. Birlikdə yaranmış ruh yüksəkliyini, mənəvi gücü ifadə etmək çox böyük hadisədir. Ona görə biz bunun üçün müzəffər ordumuza, Ali Baş Komandanımıza, Azərbaycan xalqının yenilməz gücünə minnətdarıq. Bu qələbədə payı olan hər kəsə təşəkkür edirik. Mənə elə gəlir ki, bizim tariximizin yeni mərhələsi başlayır və bu mərhələdə əlbəttə ki, biz bir millət olaraq yenilməzliyimizi, sarsılmazlığımızı ortaya qoyuruq”.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

İşğaldan azad edilən Zəngilan dirçəlir

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçınbölgələri də buraya daxil olub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur qəzasıAzərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
​ Onların sırasında Zəngilan xüsusi yer tutur. Rayon ərazisində onlarla dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları keçir.
Zəngilan rayonu  1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 min nəfərdən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti olaraq məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Rayon ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
İşğal nəticəsində rayonun bütün tarixi və dini memarlıq abidələri yerlə yeksan edilərək, rayon xarabazarlığa çevirilib.
​ 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Zəngilanın işğaldan azad olunması

2020-ci ilin 20 oktyabrında Zəngilan şəhəri işğaldan azad olundu. Keçən ilin 2020-ci ilin 44-günü ərzində torpaqlarımızın işğaldan azad olunması xəbərini eşitdikdə qürur duyur, bu vətənin övladı olmağımızla fəxr etdik.
Cənab Ali baş komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə xoş müjdəli xəbərlər bir-birini əvəz edirdi. Oktyabrın 20-də Zəngilanın azad olunması xəbəri bütün Azərbaycan xalqının xoş xəbərli bir günü kimi tarixə yazıldı.
27 illik həsrətdən sonra Zəngilan azad olundu. Dədə-baba yurdundan didərgin düşən zəngilanlıların sevincini sözlə ifadə etmək mümkün olmadı. İşğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonuna səpələnmişdilər. Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Artıq uzun illər doğma yurdundan didərgin düşən Zəngilanlılar torpaqlarına qayıda biləcəklər. Tezliklə cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə həmin ərazilər abadlaşacaq. Bunun üçün heç bir maneə yoxdur. Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır. Zəngilanın azadlığı uğrunda canlarından keçmiş bütün qəhrəman oğullarımıza allahdan rəhmət diləyirik.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, beş qəsəbə, 83 kənd daxildir.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun şücaəti sayəsində Zəngilanımız işğaldan azad olundu. Ali Baş Komandanın bu şad xəbəri 2020-ci il oktyabrın 20-də xalqa etdiyi müraciətində səsləndirməsi hər bir Zəngilanlının yaddaşında əbədi qalacaq. Həmin müraciətində cənab Prezident dedi ki, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib.
Cənab Prezident İlham Əliyevin Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş torpaqları ziyarət etməsi, bu torpaqların dirçəldilməsi, yenidən qurulması və abadlaşdırılması istiqamətində aparılan fəaliyyətə şəxsən nəzarət etməsi bir daha Azərbaycan dövlətinin güclü iradəsini ortaya qoymaqdadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirdi ki, “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir”. Bəli, bu gün Ağdamda, Zəngilanda, Füzulidə, Laçında, Kəlbəcərdə, Cəbrayılda – ümumən işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyevin sözügedən görüşdə səsləndirdiyi tarixi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratdı: “Cənab Prezidentimiz bildirdi ki, “Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda qurulacaq yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə yenilənməsi, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva etməkdədir. İnanırıq ki, Azərbaycan bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək”.
Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb. Azərbaycan bütün bu işləri, xərcləri öz hesabına edir. Xarici şirkətlər podratçı kimi dəvət edilib. Prezident İlham Əliyev vurğulayıb ki, ilin sonuna qədər azad edilmiş torpaqlarda – həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Günəş elektrik stansiyası, yeni ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.
Qarabağın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. Artıq Zəngilanda hava limanı inşa edilir. Bu hava limanının açılması işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət mənada böyük təsir göstərəcək və turizm sektorunun inkişafına böyük təkan verəcək.
Bugün işğaldan azad olunmuş torpaqlara yeni həyat bəxş edilir, düşmənin xarabalığa çevirdiyi Qarabağ yenidən dirçəlir. 30 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Hazırda görülən işlər də təsdiqləyir ki, o gün heç də uzaqda deyil.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Zəngilanın işğalı və dağıdılmış infrastruktur

XX əsrin sonu xalqımızın tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Mənfur qonşularımızın əzəli və əbədi torpaqlarımıza göz dikməsi nəticəsində ərazi bütövlüyümüz pozulmuş, şəhərlərimiz, kəndlərimiz işğal olunmuşdur. İşğalın nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmiş, kütləvi qırğınlara, didərginlik və köçkünlük həyati yaşamağa vadar etmişdir.
Düşmən hücumuna məruz qalan ərazilərimizdən biri də Zəngilan rayonu olmuşdur. Zəngilan müharibə alovunu 1992-ci ilin əvvəllərindən hiss etməyə başlamışdır. Ermənilərin xarici havadarlarının köməyi ilə mükəmməl silahlanmış qüvvələri rayonu və kəndlərini güllə yağışına tutmuş, 1993-cü ilin oktyabr ayında işğal başa çatmışdır. Beləliklə, Zəngilan düşmənə sinə gərən, qəhrəmancasına mübarizə aparıb işğal olunan sonuncu rayonumuz oldu.
İşğaladək 1 şəhər və 83 kənddən ibarət olan Zəngilanın bütün mədəni və ictimai binaları, infrastrukturu dağıdılmış, Avropanın ən böyük cinar ağaclarına malik olan meşələri düşmən tərəfindən kəsilib doğranmışdır.
Nəhayət, 27 il davam edən işğala, ağrı-acıya son qoyuldu. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə sərkərdənin prinsipial və qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və şücaəti sayəsində işğal olunmuş torpaqlarımız 44 gündə düşməndən azad olundu.
Artıq, Zəngilan düşməndən azad olunmuş şəhərlərimizin sırasındadır. 27 ildən sonra oktyabın 20-də Zəfər salnaməmizdə yeni bir səhifə açıldı. Daha uzun illər doğma yurdundan didərgin düşmüş zəngilanlıların öz torpaqlarına qayıtması üçün heç bir maneə qalmadı. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilib

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi düşmən üzərində şanlı Qələbə ilə başa çatdı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Cəbrayılın azad edilməsindən sonra Zəngilana gedən qələbə yolu açıldı və qoşunlarımız bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Oktyabrın 18-də Zəngilan uğrunda döyüşlər başlandı və artıq oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırdı. Üç gün davam edən döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, onlardan şəhid olan və yaralananlar oldu. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.
Sevindirici haldır ki, Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2021 tarixi şərəf və qürur tariximizə çevrilmişdir.Düşmən işğalından azad olunmuş Zəngilan rayonu istər iqtisadi cəhətdən, istərsə də faydalı-qazıntı yataqları ilə mühüm əhəmiyyət kəsb edən bölgələrimizdəndir. Belə ki, Zəngilan rayonu qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerə malikdir. O cümlədən, rayon ərazisində müxtəlif növ əlvan və s. metal yataqları da var.Rayon Naxçıvan MR ilə ən yaxın quru sərhədimiz olmaqla yanaşı, həm də strateji mühümlüyünü qoruyub-saxlayır. Bu baxımdan, həm də nəticəyə gəlmək olar ki, Zəngilanın azad edilməsi ilə qonşu İranla bütün quru sərhədlərimiz bərpa edilir, iqtisadi, strateji və lojistik cəhətdən mühüm üstünlüklər qazanılır. Ən əsası isə, Zəngilanın azad edilməsi tarixi Zəngəzurumuzla tarixi sərhədlərimizi bərpa edir və bir sıra gələcək perspektivləri müəyyənləşdirir. Bu tarixi hadisəni ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbə kimi qiymətləndirmək olar. Bundan başqa, indiyədək heç bir infrastruktur, yaşayış olmayan sərhədboyu ərazilərə Azərbaycan əhalisinin qayıtması bölgədə iqtisadi prosesləri canlandıracaq, hər iki istiqamətdə gediş-gəliş aktiv şəkildə bərpa olunacaq

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin cinarları ermənlər doğrayaraq xarici ölkələrə satıblar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilib.
Nəhayət 20 oktyabr 2020-ci il tarixindəmüzəffər Aili Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz Zəngilan rayonunu işğaldan azad etdi.

Rasim Hüseynov –rayon Ağsaqqallar Çurasının sədri

 

“Böyük Qayıdış”ın birinci addımı

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-dən Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının komandanlığı altında aparılırdı. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan – İran sərhədi tam bərpa edilib. Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaəti və vətənpərvərliyi dövlət tərəfindən qiymətləndirildi. 2020 -ci il noyabrın 26 – da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020 – ci il dekabrın 23-də daxil olmaqla 3 dəfə Zəngilana səfər etmiş, aparılan bərpa və quruculuq işləri ilə tanış olmuş, şəxsən özü bu işlərə nəzarət etmişdir. Zəngilan rayonu ərazisi işğaldan azad olunandan sonra yurd yerlərimizin bərpası sürətlə davam edir. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində elektron idarəetmə olacaq. Bu kəndlər Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Layihənin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri də iştirak edir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilandan keçən loqistik layihələrin Zəngilan-Horadiz avtomobil yolu, Horadiz- Zəngilan-Ağbənd dəmir yolunun böyük strateji əhəmiyyəti var. Zəngilanda inşa olunan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-loqistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək, Naxçıvana yol açılacaq.

Elvin Xəlilov –Əlvənd kənd tam orta məktəbin direktoru

 

Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq

1993-cü il oktyabrın 29-da Zəngilanını Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonrakı 30 ilə yaxın bir dövrdə digər mədəni, tarixi və dini abidələrimiz kimi Zəngilan məscidi dağıdılaraq, sökülərək erməni vandalizminə məruz qalmışdır.
Bildirilib ki, ermənilər tərəfindən dağıdılaraq viran edilən məscid Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu hesabına yenidən bərpa olunur. Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət komissiya məscidin mövcud binasını qiymətləndirib. Məscidin sxem əsasında əvvəlki görkəmində bərpa olunması nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində olublar. Cənab Prezident və Birinci vitse-prezident üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər. Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində işlər yüksək səviyyədə aparılır.

Şəhla Eminova -1 saylı məktəb-liseyn müəllimi

 

Tarixi həqiqətlər

Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi. Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi.
Zəngəzurun Ermənistana “bağışlanması” 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altına küçdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etdi. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərq qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
Tariximizin qara səhifəsi olan bu bədnam hadisə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KPMK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də ermənilər tərəfindən işğal edildi.
Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da, Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”, – söylərərək elan etmişdi.

Tural Nağıyev – fəal gənc

Comment here