ManşetMANŞETÜSTÜ

Yol polisi sürücünü təhdid etdi – VİDEO

Yol polisi sürücünü təhdid etdi – VİDEO

Yol polisi sürücünü təhdid etdi – VİDEOSon vaxtlar yol polisinin sürücülərə qarşı etdikləri qeyri-etik hərəkətlərə tez-tez rast gəlirik. Bəzi hallarda sürücülərin məlumatsızlıqlarından istifadə edən yol polisləri cərimə protokolları yazır, onları ələ salır, sürücülər hüquq normaları çərçivəsində davrandıqda isə hədə-qorxu gəlirlər.

FAKTTV oxu.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri bu gün paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında baş verib.

Polislə dialoqunu telefonla qeydə almaq istəyən sürücüyə qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.

Əldə etdiyimiz məlumata görə, sürücü ilə mübahisə edən polis kapitanı Elcin İsmayilov (99-YP-438) olub.

Həmin görüntüləri təqdim edirik.

Comment here